Yaponiyanın milli statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi yanvar ayında dekabr ayı ilə müqayisədə 0.4% artıb, illik göstərici isə 1.0%-dən 1.4%-ə yüksəlib. Analitiklər isə aylıq artımın yalnız 0.1% olacağını, illik göstəricinin isə 1.3%-ə kimi arta biləcəyini proqnozlaşdırırdılar.
Yaponiyada inflyasiya təqribən son 3 ilin maksimumuna yüksəldi.
Beləliklə, Yaponiyada illik inflyasiya 2015-ci ilin aprel ayından etibarən ən yüksək səviyyəyə çatıb. 2014-ci ilin ilin iyun ayından etibarən Yaponiyada istehlak qiymətlərində illin artım dinamikası 3.7%-dən azalaraq, 2015-ci ilin aprel ayında 0.6%-ə çatmışdır. Bu azalma 2015-ci ilin may ayından da davam edərək, 2016-ci ilin sentyabrda mənfi 0.5%-ə - deflyasiya səviyyəsinə - çatdmışdır. Bundan sonra inflyasiya Yaponiya Mərkəzi Bankının yumşaq monetar siyasəti ilə artmağa başladı. Artıq 2017-ci ilin sentyabr ayında 0.7%-ə çatan illik artım dinamikası, oktyabr ayında 0.1%-ə düşsə də, noyabr ayından bu günə kimi yeni artım dalğasındadır.
Məlumatların açıqlanmasından sonra USD/JPY məzənnəsi 107.13 yenə kimi bahalaşsa da, Avropa sessiyasında ucuzlaşmağa başlayıb, hal-hazırda 106.82 yenə ticarət edilməkdədir.
Qeyd etmək lazımdır ki, maliyyə bazarlarında USD/JPY son günlər Yaponiyanın inflyasiya göstəricilərinin yanvar ayında zəifləyəcəyi gözləntiləri fonunda 2.2% bahalaşmışdır.