Yaponiyada inflyasiya yenidən artdı

20 Dekabr 2019

Yaponiyada inflyasiya cari ilin ikinci yarısında ilk dəfə artmağa başlayıb.

Yaponiyada inflyasiya yenidən artdı

Yaponiyanın statistika idarəsinin cümə günü açıqladığı rəsmi məlumata əsasən, istehlak qiymətləri indeksi noyabrda illik müqayisədə 0.5% artıb. 

Qeyd etmək lazımdır ki, istehlak qiymətləri may ayından etibarən azalmağa başlamışdı. Cari ilin maksimum səviyyəsi isə 0.9%, minimumu isə 0.2% olub.