Yaponiyada inflyasiya yenidən artır və USD/JPY

24 Avqust 2018

Yaponiyada inflyasiya cari ilin ikinci yarısının maksimum səviyyəsinə yüksəlib.

Yaponiyada inflyasiya yenidən artır və USD/JPY

Yaponiyanın statistikasının cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə istehlak qiymətləri indeksi iyul ayında 0.9%-ə yüksəlib. Mütəxəssislər isə göstəricinin 0.7%-dən 0.4%-ə kimi azalacağını gözləyirdilər. İstehlak qiymətlərinin baza indeksi 0.8% səviyyəsində qalıb. Analitiklər burada fərqli olaraq baza indeksində iyun ayında 0.8%-lik artımdan sonra dinamikanın 0.9%-ə yüksələcəyini proqnozlaşdırırdılar. 


Beynəlxalq valyuta birjalarında Yapon yeni ölkədə son günlər təbii fəlakətlər səbəbi üzündən 111.48 səviyyəsinə kimi 1.3% ucuzlaşıb. Bununla yanaşı, bu gün Amerika Mərkəzi Bank sədrinın "Cekson Hol Simpoziumu"-nda çıxışı da USD/JPY məzənnəsinin bahalaşmasını gücləndirə bilər. 


USD/JPY məzənnəsinin avqust ayı ərzində performansı. 

Sonuncu dəfə Yaponiyada illik iqtisadi inkişaf göstəricisinin ikinci rübdə 1.9%-ə çatması ilə bağlı məlumatların açıqlanması, USD/JPY məzənnəsinin ucuzlaşmasının qarşısını almış, yenidən bahalaşmasına səbəb olmuşdur. Üçüncü rübdə də inflyasiya artmaqda davam edərsə, iqtisadi inkişaf göstəriciləri üçüncü rübdə də bundan müsbət təsirlənə bilər. Nəticədə USD/JPY məzənnəsi daha da bahalaşaraq, 111 səviyyəsi üzərində möhkəmlənə bilər. 


Qeyd etmək lazımdır ki, 2018-ci ilin birinci yarım ili ərzində inflyasiya fevral ayında 1.5%-ə çatdıqdan sonra 0.6%-ə kimi azalmağa başlamışdır. May ayından göstərici yenidən artır. Yaponiya Mərkəzi Bankı (ing.: "BoJ") illərdir ölkədə aşağı inflyasiyanın 2%-ə çatması üçün yumşaq monetar siyasət yürüdür.