Yaponiyada iqtisadi böhran dərinləşir

17 Fevral 2020

Yaponiya iqtisadiyyatında böhran başlayıb və son 6 ilin maksimumuna çatıb.

Yaponiyada iqtisadi böhran dərinləşir

Yaponiyanın statistika idarəsinin bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, üçüncü rübdə ÜDM illik müqayisədə 6.3, rüblük müqayisədə isə 1.6% azalır. 

Mütəxəssislər isə illik müqayisədə 3.7, rüblük müqayisədə isə 0.9% azalma proqnozlaşdırırdılar. Yaponiyada inkişaf 2019-ci ilin birinci rübündə 2.2%-ə çatdıqdan sonra ikinci rübdən etibarən azalmağa başlamışdır. 

Qeyd etmək lazımdır ki, ÜDM müəyyən dövr ərzində istehsal olunan mal və xidmətlərin dəyərini ölçür və ölkənin inkişaf sürətini göstərir. Burada geriləmə isə ölkə valyutasına olan tələbi də azaldır.