Yaponiyada iqtisadi inkişaf 1.8%-ə çatdı

09 Dekabr 2019

Yaponiyada iqtisadi inkişaf üçüncü rübdə proqnozlaşdırılandan daha yüksək olub.

Yaponiyada iqtisadi inkişaf 1.8%-ə çatdı

Yaponiyanın statistika idarəsinin bazar ertəsi verdiyi rəsmi məlumatlara əsasən, ümummilli daxili məhsulun artım dinamikası üçüncü rübdə 0.2% olmaqla, illik müqayisədə 1.8%-də möhkəmlənib. 

Müstəxəssislər isə ikinci rübdə bu göstəricinin 1.8% olmasından sonra üçüncü rübdə 0.7%-ə düşəcəyini proqnozlaşdırırdılar.