Yaponiyada iş təklifləri azalsa da sənayedə artım olub

31 Mart 2020

Yaponiyada iş elanlarında azalma müşahidə edilsə də sənaye istehsalında azalma proqnozlaşdırılandan az olub, pərakəndə satış dövriyyəs isə artıb.

Yaponiyada iş təklifləri azalsa da sənayedə artım olub

Yaponiyanın statistika idarəsinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, fevral ayında işsizlik 2.4% səviyyəsində qalsa da iş elanları müraciət edənlərə nisbətən (1.45) azalıb. Bununla yanaşı, keçən ay ərzində sənaye istehsalı aylıq müqayisədə 0.4%, pərakəndə satış dövriyyəsi isə illik müqayisədə 1.7% artıb. 

Mütəxəssislər işsizlik səviyyəsində dəyişikliyin olmayacağını, iş elanlarının müraciətlərə nisbət əmsalının 1.49-dan 1.47-ə düşəcəyini, sənaye istehsalında aylıq artım dinamikasının 1%-dən 0.1%-ə kimi azalacağını və pərakəndə satış dövriyyəsində isə illik azalma dinamikasının 0.4%-dən 1.2%-ə yüksələcəyini proqnozlaşdırırdılar.