Yaponiyada ixrac altıncı dəfədir azalır

19 İyun 2019

Yaponiyanın ixrac həcminin azalması, qlobal tələbatın azalmasına, idxalın azalması isə daxili bazarın da zəifləməsinə işarədir.

Yaponiyada ixrac altıncı dəfədir azalır

Yaponiya hökümətinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, may ayında illik ixrac dinamikası mənfi 7.8%-ə çatıb. Bu göstərici aprel ayında mənfi 2.4% olduqdan sonra iqtisadçılar yalnız mənfi 7.7%-ə kimi artım proqnozlaşdırırdılar. 


Beləliklə, Yaponiyanın xarici ticarətində son yeddi aydır artım müşahidə edilmir və dekabr ayından etibarən son altı aydır azalmanın şahidi oluruq. 


İdxal həcmi də may ayında illik müqayisədə 1.5% azalıb və burada aprel ayında 6.5%-lik artım dinamikasının yalnız 0.2%-ə kimi azalması proqnozlaşdırırdılar. 


Beləliklə, Yaponiyanın xarici ticarət balansında 967 milyard yenlik mənfi saldo yaranıb. Bu göstərici aprel ayında müsbət 57 milyard yen idi və mütəxəssislər 979 milyard mənfi saldoya kimi azalma ehtimal edirdilər. 


Yaponiyanın ixrac həcminin azalması, qlobal tələbatın azalmasına, idxalın azalması isə daxili bazarın da zəifləməsinə işarədir.