Yaponiyada ixrac yeddinci aydır azalır

18 İyul 2019

Yaponiyanın xarici ticarət dövriyyəsinə dair dərc edilən göstəricilərdə müsbət saldo yüksək açıqlansa da ixrac azalmaqda davam edir.

Yaponiyada ixrac yeddinci aydır azalır

Yaponiya hökümətinin cümə axşamı iyun ayı üzrə açıqladığı rəsmi statistik məlumatlara əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 6.7%, idxal isə 5.2% azalıb, 590 milyard yenlik müsbət ticarət saldosu əldə edilib. İqtisadçılar isə ixrac dövriyyəsinin yalnız 5.6%, idxalın 0.4% azalacağını, müsbət saldoun isə 420 milyard yen açıqlanacağını ehtimal edirdilər. 

Beləliklə, Yaponiyanın ixracı yeddinci aydır ard-arda azalır. İdxal isə son iki aydır azalmağa başlayır. İxracın azalması dünya iqtisadiyyatın, idxalın azalması isə daxili bazarın zəifləməsinə işarədir. 

Qeyd etmək lazımdır ki, dekabr ayında etibarən Yaponiyada illik ixrac dövriyyəsi sıfırın altında açıqlanmaqdadır. Daha uzun müddətli perspektivdə isə ixracın illik artım dinamikası 2017-ci ilin sentyabr ayından etibarən azalmaqdadır.