Yaponiyada müsbət ticarət dövriyyəsi sürətlə azalır

22 May 2019

Böyük maraqla gözlənilən Yaponiyanın xarici ticarət balansına dair məlumatlarda müsbət saldonun proqnozlaşdırılandan çox azaldığı göstərilir.

Yaponiyada müsbət ticarət dövriyyəsi sürətlə azalır

Yaponiya hökümətinin çərşənbə günü aprel ayı üzrə açıqladığı rəsmi statistik məlumatlara əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 2.4% azalaraq, idxal isə 6.4% artaraq, müsbət ticarət saldosu 528 milyard yendən 64.4 milyard yenə düşüb. İqtisadçılar isə ixrac dövriyyəsinin yalnız 1.8% azalacağını, idxalın 4.8% artacağını, müsbət saldoun isə 203 milyard yen açıqlanacağını ehtimal edirdilər. 


Qeyd etmək lazımdır ki, dekabr ayında etibarən Yaponiyada illik ixrac dövriyyəsi sıfırın altında açıqlanmaqdadır. Daha uzun müddətli perspektivdə isə ixracın illik artım dinamikası 2017-ci ilin sentyabr ayından etibarən azalmaqdadır.