Yaponiyada sənaye artıb, işsizlik azalıb

29 Mart 2019

Dünya maliyyə bazarlarında açıqlanan fundamental göstəricilər arasında Yaponiyada sənaye istehsalının artması və işsizliyin azalması diqqət mərkəzində.

Yaponiyada sənaye artıb, işsizlik azalıb

Yaponiya hökümətinin açıqladığı rəsmi məlumatlara əsasən, sənaye istehsalı fevral ayında 1.4% artıb, işsizlik səviyyəsi isə 2.5%-dən 2.3%-ə düşüb. 


Mütəxəssislər isə işsizlik səviyysəsində yuxarıdakı göstəricini proqnozlaşdırsalar da işsizlik səviyyəsində dəyişiklik ehtimal etmirdilər. 


Pərakəndə satış dövriyyəsində də aylıq artım dinamikası mənfi 2.3%-dən müsbət 0.2%-ə yüksəlib.  Lakin burada iqtisadçılar 0.3%-lik artım proqnozlaşdırırdılar.