Yaponiyada sənaye istehsalı gözləniləndən çox azalıb

14 Sentyabr 2017

Yaponiyada sənaye istehsalı iyul ayında 0.8% azalıb.

Yaponiyada sənaye istehsalı gözləniləndən çox azalıb

Yaponiyanın statistika mərkəzinin cümə axşamı verdiyi məlumata görə, sənaye istehsalı iyul ayında 0.8% azalıb, baxmayaraq ki, yalnız 0.5%-lik azalma proqnozlaşdırılırdı. May ayında isə azalma 3.6%-ə çatmışdır. İyun ayında isə 2.2%-lik artım müşahidə edilmişdi.

Qeyd etmək lazımdır ki, USD/JPY məzənnəsi son günlər 110.73 yenə kimi 3.2% bahalaşdıqdan sonra bu gün Asiya sessiyasında ucuzlaşmağa başlayıb. Gələn həftənin çərşənbə günü isə Yaponiyanın xarici ticarət dövriyyəsi ilə bağlı önəmli fundamental məlumatlar açıqlanacaq.