Yaponiyadan qarışıq iqtisadi göstəricilər

29 May 2020

İşsizliyin proqnozlaşdırılandan az artması ilə yanaşı, sənaye sektorundan açıqlanan mənfi göstəricilər, qarışıq gözləntilərə səbəb olur.

Yaponiyadan qarışıq iqtisadi göstəricilər

İşsizliyin proqnozlaşdırılandan az artması gələcəyə dair nikbinliyi artırsa da sənaye sektorundan açıqlanan mənfi göstəricilər, gözləntilərin məhdud qalmasına səbəb olur. 

Yaponiyanın statistika idarəsinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, aprel ayında işsizlik 2.6% olub, sənaye istehsalı aylıq müqayisədə 9.1% azalıb. Sözügedən göstəricilər mart ayında müvafiq olaraq 2.5% və mənfi 3.7% yayımlanmışdır.  

Mütəxəssislər isə işsizliyin 2.7%-ə yüksələcəyini, sənaye istehsalının isə az - yalnız 5.1% azalacağını ehtimal edirdilər.