Yaponiyanın ticarət balansında müsbət saldo

18 Mart 2019

Beynəlxalq valyuta birjalarında Yaponiya iqtisadiyyatında idxalda azalma, ixracda artım, xarici ticarətdə müsbət saldoya səbəb olmuşdur.

Yaponiyanın ticarət balansında müsbət saldo

Yaponiyanın ixrac həcmində artım, ticarət balansında proqnozlaşdırılandan daha çox müsbət saldoya səbəb olub. 


Yaponiya hökümətinin açıqladığı rəsmi məlumatlara əsasən, fevral ayı ərzində ixrac həcmi 6,38 trilyon yenə kimi artmış, idxal həcmi 6,05 trilyon yenə kimi azalmışdır. Nəticədə ticarət balansında müsbət saldo 339 milyard yenə kimi artıb. Yanvar ayında 1,42 trilyon yenlik mənfi saldo qeydə alınmışdı. 


Mütəxəssislər isə yalnız 310 milyard yenə kimi artım proqnozlaşdırırdılar.