Yaponiyanın xarici ticarətində sürpriz azalma

20 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün Yaponiyadan açıqlanan fundamental məlumatlar investorların diqqətini cəlb edib.

Yaponiyanın xarici ticarətində sürpriz azalma

Yaponiyanın xarici ticarət dövriyyəsi yeni ilin ilk ayında kiçilib. Yaponiyanın statistika mərkəzinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, xarici ticarət balansında mənfi saldo 57 milyard yendən 1.4 trilyon yenə kimi artıb. Bu isə son 3 ilin ən yüksək səviyyəsidir. Analitiklər isə mənfi saldonun yalnız 1.0 trilyon yenə kimi arta biləcəyi proqnozlaşdırırdılar. 


Bununla yanaşı, ixrac həcmi 5.5%-lik azalmanın ehtimal edilməsinə baxmayaraq, 8.4%, idxal həcmi isə 2.0%-lik azalma proqnozları qarşılığında 0.6% azalıb. 


Beləliklə, mütəxəssislər güclü azalma fonunda təəccübləniblər. Daha çox azalma isə ən önəmli ticarət tərəfdaşı Çin ilə olub. Məlumata əsasən, Çinə ixrac olunan məhsulların həcmi 17% azalıb. Avropaya ixrac olunan məhsullarında isə 6.6%-lik azalma olub.