Yeni Zelandiyada inflyasiya son iki ilin maksimumunda

24 Yanvar 2020

Yeni Zelandiyada inflyasiyanın dördüncü rübdə proqnozlaşdırılandan çox artıb.

Yeni Zelandiyada inflyasiya son iki ilin maksimumunda

Yeni Zelandiyanın statistika idarəsinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, istehlak qiymətləri indeksi IV rübdə rüblük müqayisədə 0.5%, illik müqayisədə isə 1.9% artıb. Mütəxəssislər isə rüblük inflyasiyanın 0.4 və illik inflyasiyanın 1.8% dərc ediləcəyini proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, üçüncü rübdə illik inflyasiya 1.5% olmuşdur. Ölkədə inflyasiyanın artması, iqtisadi inkişafa əsas verir.