Yeni Zelandiyanın əmək bazarında mənfi göstəricilər

07 Fevral 2019

Yeni Zelandiyanın əmək bazarında statistik göstəricilərin analitiklərin proqnozlarından pis açıqlanması, ölkədə risklərin artmasına işarədir.

Yeni Zelandiyanın əmək bazarında mənfi göstəricilər

Yeni Zelandiyanın milli statistika idarəsinin cümə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, ölkədə işsizlik 2018-ci ilin dördüncü rübündə 3.9%-dən 4.3%-ə kimi yüksəlib. Mütəxəssislər isə yalnız 4.1%-ə kimi artım gözləyirdilər.Göstəricinin analitiklərin proqnozlarının üzərində açıqlanması, gizlənmiş risklərə işarədir. 


Bununla yanaşı, məşğulluq səviyyəsində artım dinamikası dördüncü rübdə 1.1%-dən 0.1%-ə kimi azalıb. Burada da iqtisadçılar azalmanın yalnız 0.3%-ə kimi olacağını ehtimal edirdilər.