"SNB": Yordan: Faizlər dəyişdirilməlidir

13 İyun 2019

Maraqla gözlənilən "SNB"-nin mətbuat konfransında bank sədri cari siyasətlərini müdafiə etməklə yanaşı, faizlərin dəyişdirilməsini də təklif edib.

"SNB": Yordan: Faizlər dəyişdirilməlidir

İsveçrə mərkəzi bank (alm.: "SNB") sədri Tomas Yordan mətbuat konfransında çıxışı zamanı, yumşaq monetar siyasətin önəmliyini vurğulamaqla yanaşı, faizlərin dəyişdirilməsini də müdafiə edib. 


Uçot faiz dərəcəsinin dəyişdirilməsinin cari monetar siyasətin dəyişdirilməsi mənasına gəlməməlidir və bu, libor un gələcəyinin qarantiyalı olmaması üçün önəmlidir. 


İsveçrə frankının baha və bazarlarda vəziyyətin fraqil olduğunu deyən Yordan, bankın əsas hədəfinin qiymət dayanıqlılığın təmin olunması olduğunu bir daha vurğulayıb. 


Bununla yanaşı, mətbuat konfransında bankın mənfi uçot faiz siyasətinin və intervensiyaya hazır olmağın önəmliliyi ABŞ ilə Çin arasında ticarət münasibətlərin pozulması nəticəsində güvənli liman maliyyə aləti kimi franka olan tələbin yenidən artması amili ilə bir daha önə çəkilib. 


Tomas Yordan da dünyada uzun müddətli faizlərin azalmasını risklərin artması ilə əlaqələndirib.