Yuan ucuzlaşdırıldı, ABŞ-Çin böhranı böyüyür

05 Avqust 2019

ABŞ prezidentinin bəyan etdiyi yeni gömrük rüsumlarından sonra Çin bazar ertəsi milli pulunun ucuzlaşdırılması ilə cavab verib.

Yuan ucuzlaşdırıldı, ABŞ-Çin böhranı böyüyür

ABŞ ilə Çin arasında ticarət böhranı getdikcə böyüyür. ABŞ prezidentinin bir neçə gün öncə Çin məhsulların qarşı bəyan etdiyi yeni gömrük rüsumlarından sonra Çin bazar ertəsi milli pulunun ucuzlaşdırılması ilə cavab verib. Bununla yanaşı, xalq respublikası şirkətlərə ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalını dayandırmağı tələb edib. 

Çinin milli valyutası bazar ertəsi çox ucuzlaşıb. Yuanın 1%-dən çox ucuzlaşmasından sonra dollar 2018-ci ildən sonra ilk dəfədir 7 yuandan baha ticarət edilib. Mütəxəssislər sözügedən səviyyəni uzun müddətdir Çin mərkəzi bankının (ing.: "PBC") aşmayacağı "qırmızı xətt" adlandırırdılar. Lakin bankın artıq buna icazə verməsi, bazar iştirakçılarında bunun Çin tərəfindən mübarizədə alət kimi istifadə edə bilməsi narahatlığını artırıb. 

Amerika prezidenti Donald Tramp isə yuanın ucuzlaşmasını sərt tənqid edib. Tramp tvitter hesabında "Valyuta manipulyasından" danışıb. "Çinin milli valyutasını tarixi minimuma yaxın səviyyəyə kimi ucuzlaşdırması, ağır pozuntudur. Bu, Çini zamanla zəiflədəcəkdir!". 

Yuanın qiyməti bazarda tam sərbəst hərək etmir, "PBC" tərəfindən də məhdud şəkildə idarə olunur. Bu isə hər bazar hərəkətliliyində bazarın və ya bankın payının olması suallarını gündəmə gətirir. Ümumilikdə isə "PBC" hər gün orta məzənnə paylaşır ki, məzənnələrin də yalnız bunun ətrafında dalğalanmasına icazə verilir. Mərkəzi bank isə öz növbəsində orta məzənnəni ötən günün hərəkətliliyinə görə müəyyən edir. Burada qarışıq sistemdən istifadə edilir. 

"PBC" açıqlamasında sözügedən ucuzlaşmanı proteksionist tendensiyalarla əlaqələndirir ki, bu da ABŞ-la ticarət mübahisəsi ilə əlaqələndirilir. Bununla bərabər Çin mərkəzi bankı stabil valyuta kursuna nail olmağa da çalışdıqlarını bildirib. Bank sədri Yi Qanq əmin edir ki, ölkəsi ticari mübarizədə valyutasını alətə çevirmək niyyətində deyil. Cari məzənnə sərfəli səviyyədədir. "Cari volatilliyə baxmayaraq, yuan güclü qalacaqdır", deyə Yi əlavə edib. 

Çindən gələn açıqlamalara baxmayaraq, ABŞ höküməti yuanın ucuzlaşmasından məmnun deyildir. Tramp Çini Avropa ilə birlikdə keçmiş həftələr ərzində bir neçə dəfə milli valyutalarını qlobal bazarda üstünlük əldə etmək üçün dəyərdən saldıqları ilə təhdid etmişdir. Ucuz milli valyuta ixrac məhsullarını xarici bazarlarda ucuzlaşdırır və beləliklə, ölkə rəqabət qabiliyyətini artırmış olur, ölkənin ixrac iqtisadiyyatı güclənir. 

Lakin bu zaman böyük risklər də yaranmış olur. Belə ki, heç bir ölkə milli valyutasının çox ucuzlaşmasında maraqlı deyildir. Çin milli valyutasını 2015-ci ildə mövcud olan həssas bazar şəraitində valyutasını ucuzlaşdırmaqla maliyyə bazarlarında şoklara səbəb olmuşdu. Çindən kapital çıxmağa başlamış və nəticədə valyuta nəticə etibarilə daha da ucuzlaşmışdır. Bu vəziyyət mütəxəssislər tərəfindən idarə olunmaz hesab edilir. 

İki ölkə arasında mübahisə əlavə olaraq bazar ertəsi Çinin dövlət şirkətlərinə ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalını qadağan etməklə böyüdü. Bu haqda xəbəri bu gün "Bloomberg" verib. Xəbərə əsasən, bu addım Donald Trampın yeni gömrük rüsumları qərarına cavab olaraq atılıb. 

Tramp bir neçə gün öncə Çindən idxal olunan əlavə 300 milyard dollar dəyərində məhsullara 10%-lik gömrük rüsumu tətbiq edib. Bununla da Çindən idxal olunan bütün məhsullara rüsum tətbiq edilmiş olur. Donald Tramp isə öz növbəsində qərarını Çinin ABŞ-dan kənd təsərrüfatı məhsullarının alışı sözünü tutmaması ilə əlaqələndirib.