Yunanıstanda etiraz aksiyaları böyüyür

02 Oktyabr 2019

Beynəlxalq maliyyə bazarlarında Yunanıstanda müşayət edilən etirazlar ümumilikdə Avrozona iqtisadiyyatına da mənfi təsir.

Yunanıstanda etiraz aksiyaları böyüyür

Yunanıstanda çərşənbə günü növbəti qənaət tədbirlərinə və özəlləşdirməyə qarşı geniş etiraz aksiyası keçirilib. Bu, baş nazir Kiriakos Mitsotakisin hakimiyyətə gəlişindən sonra ikinci böyük əmək mübarizəsidir. Tətilə bir çox dövlət, özəl və kommunist həmkarlar ittifaqından qoşulublar. 

Aksiyalardan ən çox zərər görən nəqliyyatdır. Əksər bərələr limanlarda qalıb. Yer altı və yer üstü dəmir yolları işləməyib, avtobus sürücüləri bir neçə saatlıq işlərinə fasilə veriblər. Məktəblər də aksiyalara qoşulub. 

Qeyd etmək lazımdır ki, sentyabrın 24-də də bir neçə həmkarlar ittifaqı təşkilatlanmışdı.