Yunanıstanda hakimiyyət dəyişdi

09 İyul 2019

Yunanıstanda iqtidara gələn Avropa yönümlü hakimiyyət Avropada siyasi risklərin azalmasına səbəb ola bilər.

Yunanıstanda hakimiyyət dəyişdi

Mühafizəkarların Yunanıstan parlamentində qalib gəlmələrindən iki gün sonra çərşənbə axşamı baş nazir Kiriakos Mitsotakisin başçılığı altında yeni hökümət and içib. Bu haqda Yunanıstanın dövlət televiziyası məlumat verib. Yeni höküməti baş nazir və baş nazir müavinindən əlavə 18 nazir təmsil edir. 


Parlamentin ilk toplantısı isə iyulun 17-də olacaqdır. Nea Dimokratia ("ND") partiyası parlamentdə 300 yerdən 158 deputat ilə hakimiyyət üstünlüyü təşkil edəcəkdir. 


Qeyd etmək lazımdır ki, yerli xəbər agentliklərinin məlumatlarına əsasən, yeni hökümət Avropa yönümlü komandadır. "ND"-nin partiyasının sədri Mitsotakis bazar günü parlamentdə səslərin 39.85%-i ilə qalib olmuşdu.