Yunanıstanda minimum əmək haqqı artırılır

28 Yanvar 2019

Avrozonada iqtisadiyyatın yaxşılaşa biləcəyinə dair ilk siqnallar ilin əvvəlində Yunanıstandan gəlməyə başlayıb. AMB bu il ilk faiz artımı edə bilər.

Yunanıstanda minimum əmək haqqı artırılır

Yunanıstana beynəlxalq maliyyə yardımının bitməsindən beş ay keçməsindən sonra hökümət minimum əmək haqqını artırmağı qərarını verib. 586 avrodan 650 avroya kimi artımı nəzərdə tutan qanun layihəsinin, fevral ayından tətbiq edilməsi planlaşdırılır. Bu haqda Yunanıstanın baş nazir Çipras açıqlama verib. 


Baş nazirin fikirlərinə əsasən, iqtisadiyyata güvən artır və xərclər artırıla bilər. Keçən həftə Avropa Birliyinin mütəxəssisləri, Avropa Mərkəzi Bankı, Avro-Kömək fondu (ing.: "ESM") və Beynəlxalq Valyuta Fondu hökümətin həyata keçirtdiyi islahat və qənaət tədbirlərinin yoxlanılması üçün Yunanıstanda olublar. 


Qeyd etmək lazımdır ki, bu gün Afina hökümətinin maliyyə böhranından sonra ilk dəfə olaraq istiqraz emissiyası həyata keçirtdiyi ilə bağlı xəbərlər də yayımlanmışdı. Bütün bunlar Avrozonada inflyasiyanın arta biləcəyinə işarədir. Belə olduğu təqdirdə, AMB-nin cari il ərzində ilk faiz artımına gedə biləcəyi proqnozları da güclənir.