Yunanıstandan ilk istiqraz buraxılışı

28 Yanvar 2019

Yunanıstan maliyyə böhrandan sonra ilk dəfə olaraq kapital bazarlarında istiqraz emissiyası ilə 3 milyard avroya kimi investisiya cəlb etməyə çalışır.

Yunanıstandan ilk istiqraz buraxılışı

Yunanıstana beynəlxalq maliyyə yardımının bitməsindən beş ay keçməsindən sonra hökümət ilk dəfə istiqraz satışına başlayıb. Dövriyyəyə buraxılan 5 illik dövlət istiqrazlarının bitmə tarixi 2024-ci ilin aprel ayıdır. Afina bu addımı ilə 2-3 milyard avro cəlb etməyə çalışır. 


Dövriyyəyə buraxılan istiqrazlarla 3.50-3.75%-lik gəlirlilik təklif edilir. Sifarişi "Bank of America Merrill Lynch", "Goldman Sachs" , "HSBC" , "JPMorgan" , "Morgan Stanley" und "Société Générale" həyata keçirəcəklər.