Zəif ticarət aktivliyi Amerika sessiyasında arta bilər

04 Fevral 2019

Dünya birjalarında gün ərzində EUR/USD, GBP/USD məzənnəsində zəif dalğalanma, Amerikadan açıqlanacaq fundamental məlumatlara yüksələ bilər.

Zəif ticarət aktivliyi Amerika sessiyasında arta bilər

Bazar ertəsi dünya valyuta birjalarında ticarət aktivliyi zəif olub. EUR/USD məzənnəsi 1.1450, GbP/USD məzənnəsi isə 1.3066$-a ticarət edilməkdədir. ABŞ dolları isə cümə günü açıqlanan fundamental göstəricilərlə dəstəklənməkdədir. Belə ki, əmək bazarında məşğulların sayında proqnozların üzərində statistik rəqəmlər açıqlanıb və sənaye sektoruna dair göstəricilər də müsbət mənada təəccübləndirib. 


Amerika sessiyasında isə ABŞ-dan dərc ediləcək fundamental göstəricilər volatilliyini yenidən artıra bilər. Belə ki, Bakı vaxtı ilə saat 19:00-da sənaye sektorunda sifarişlərin həcminə və daşınmalara dair önəmli rəqəmlər açıqlanacaqdır. 


Gün ərzində daha güclü lirə təzyiq altında olub. Belə ki, ilin əvvəlində Türkiyədə inflyasiyanın 20%-ın üzərində qalması lə bağlı açıqlanan statistik məlumatlar, treyderlərin diqqət mərkəzindədir.