InvestAZ renkinq cədvəli üzrə birincidir
11.08.2014 11:00
PRESS RELİZLƏR
InvestAZ brokerlərin renkinq cədvəli üzrə birinci oldu.

Bakı Fond Birjası brokerlərin 2014-cü ilin iyul ayı üçün olan renkinqini açıqlayıb. Birjanın analitik departamentinin hesablamalarına əsasən xidmətlərin həcminə görə InvestAZ şirkəti renkinq cədvəlinə başçılıq edir. Şirkət təkcə iyul ayı ərzində 982,4 milyon manatlıq əməliyyat həyata keçirmişdir. Renkinq repo əməliyyatlar istisna olmaqla, dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə hesablanmışdır.

Qeyd edək ki, InvestAZ şirkəti Azərbaycan Respublikasının Qiymətli Kağızlar Dövlət Kömitəsi tərəfindən broker, diler və aktivlərin idarə olunması fəaliyyəti üzrə lisenziyalara malik investisiya şirkətidir. Şirkət eyni zamanda Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. Şirkət, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234