Ən yaxşı maliyyə ticarət platforması
13.05.2014 11:00
PRESS RELİZLƏR
InvestAZ “Ən yaxşı maliyyə ticarət platforması” üzrə birinci oldu

InvestAZ “Ən yaxşı maliyyə ticarət platforması” nominasiyası üzrə birinci oldu.

InvestAZ şirkəti 10-11 May 2014-cü il tarixlərində Səudiyyə Ərəbistanında keçirilən 6-cı “Saudi Money Expo and Conference” tədbirində “Ən yaxşı maliyyə ticarət platforması” nominasiyası üzrə qalib elan olunmuşdur. Dünyanın aparıcı maliyyə qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə, şirkətin təqdim etdiyi platforma səsvermə nəticəsində birinci yerə layiq görülmüşdür.

Qeyd edək ki, InvestAZ şirkəti Azərbaycan Respublikasının Qiymətli Kağızlar Dövlət Kömitəsi tərəfindən lisenziyalaşdırılmış investisiya şirkətidir. Şirkət eyni zamanda Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

Şirkətin əsas xidmətləri arasında broker fəaliyyəti üzrə (Səhmlər, Foreks, CFD, Fyuçerslər və Əmtəələr) dünya və yerli bazarlara çıxış imkanı, BFB və BİS birjalarında Listinq və Kütləvi Yerləşdirmə xidmətləri üzrə eyni zamanda çıxış imkanı, Aktivlərin İdarə Edilməsi üzrə Portfel və Fond idarəçiliyi, İnvestorların maarifləndirilməsi və treyninqlərin təşkili.
Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA