InvestOR mobil platforması ilə maliyyə dünyasında yeni istiqamət
08.07.2015 16:19
XƏBƏRLƏR
InvestOR mobil platforması ilə maliyyə dünyasında yeni istiqamət.

InvestAZ şirkəti, InvestOR platformasının çoxdan gözlənilən Android və iOS versiyalarını istifadəçilərinə təqdim etdi. Vəsaitlərini tək yerdən idarə etmək istəyənlərin arzularının reallaşdırılması məqsədi ilə hazırlanan InvestOR platforması maliyyə bazarı iştirakçıları üçün bir yenilik hesab olunur. Rahatlığı və funksionallığı üstün tutanların tələblərinə cavab verən platforma, maliyyə əməliyyatlarının icrasını yeni bir mərhələyə qaldırır.

Məlumatların rahat izlənilməsi

InvestOR mobil platforması istifadəçilərə həm öz məcmu aktivlərini, həm sərbəst və həm də yatırımda olan vəsaitlərini daim izləmək imkanı verir. Yenilənmiş mobil platformada istifadəçilərin yatırım etdikləri maliyyə alətləri üzrə son yenilənmə tarixlərini, balanslarını, sərbəst marja və kapitallarını görmələri təmin olunub. Mobil platforma həmçinin istifadəçilərə istənilən sayda yeni alt hesablar yaratmağa imkan verir ki. Yeni alt hesablar istifadəçilərə eyni zamanda bir neçə maliyyə alətinə yatırım etmək üstünlüyü qazandırır.

İstənilən yerdə ticarət etmək imkanı

Maliyyə bazarlarında baş verən qiymət dəyişikliklərindən hər an və hər yerdə gəlir əldə etmək imkanından faydalanmaq istəyənlər üçün InvestOR mobil platformasından InvestAZ MT4 ticarət terminalına birbaşa keçid təmin olunmuşdur. İstifadəçilər platformada yaradılan cüzdan hesabına plastik kart və ya bank köçürməsi yolu ilə vəsait əlavə edə bilərlər. Cüzdan hesabına əlavə edilmiş vəsait sayəsində istifadəçi rahatlıqla seçdiyi FOREX, AMG və ya STOCK hesablarına pul köçürmək imkanı əldə edir. Bundan əlavə mobil platformada hesabatlar bölməsi yaradılmışdır ki, bu da istifadəçilərə həyata keçirdikləri maliyyə əməliyyatları üzrə tarixçələr ilə tanış olmalarına şərait yaradır.

Müxtəlif valyuta və dil seçimləri

Mobil platforma istifadəçiləri vəsaitlərini həmçinin 5 (manat, dollar, avro, lirə, funt) müxtəlif valyutalarda görməyə imkan yaradır. InvestOR mobil platforması Azərbaycan, İngilis, Rus və Türk dillərini dəstəkləyir.

Qeyd edək ki, dünya maliyyə bazarında ən yeni texnologiyalara yatırım edən InvestAZ şirkəti, 10 ildən artıq bir müddətdir müştərilərinə peşəkar xidmət göstərir. Şirkət, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin diler, broker və aktivlərin idarə olunması fəaliyyəti üzrə lisenziyalarına malik tək şirkətdir.

Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA