Qiymətli Kağızlar bazarında potensial investisiya imkanları
01.12.2014 11:00
XƏBƏRLƏR
Qiymətli Kağızlar bazarında potensial investisiya imkanları

Rövşən müəllim, Azərbaycanın qiymətli kağızlar bazarının mövcud inkişaf vəziyyəti barədə nə deyə bilərsiniz?


Azərbaycanın qiymətli kağızlar bazarı digər ölkələrlə müqayisədə olduqca cavandır. Bu sahənin inkişafı üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il Qiymətli Kağızlar bazarının inkişafı proqramı hazırlanmışdır. Qiymətli kağızlar bazarında likvidliyin artırılması üçün market-meykerlərin yaranması, əməliyyatların şəffaf şəkildə keçirilməsi və korporativ standartların təkmilləşdirilməsi bu sahənin inkişafına yol açmışdır. Bazar iştirakçılarının maarifləndirilməsi, sahənin üstünlüklərinin izah olunması, QKDK tərəfindən Kapital Bazarı üzrə Təlim Mərkəzinin yaradılması, Bakı Fond Birjası tərəfindən Listinq Məsləhət proqramının tətbiq olunması sahənin inkişafı üçün görülən işlərin bir neçəsidir. Hesab edirəm ki, artıq bu mərhələdən sonra qiymətli kağızlar bazarının daha da inkişaf etməsi peşəkar iştirakçılarından asılıdır. Davamlı görüşlər keçirilməli, maarifləndirici işlər aparılmalıdır.


Azərbaycan Qiymətli Kağızlar bazarında hansı sərmayə fürsətləri mövcuddur?


Hal-hazırda Azərbaycanda səhmlər, korporativ və dövlət istiqrazları o cümlədən valyuta və əmtəə əsaslı törəmə qiymətli kağızlar ilə ticarət etmək mümkündür. Bununla yanaşı Mərkəzi Bankda daxil olmaqla digər banklar arasında bağlanan REPO müqavilələri də mövcuddur. Bazarda investorların istənilən zaman bəzi korporativ istiqrazların və bütün növ törəmə alətlərlə ticarət etmək üçün market-meyker edən dilerlər mövcuddur ki, bu da tələb və təklifə təkan verən faktordur. Dövlət istiqrazlarının illik gəlirlikləri 1.5 - 4.25% arası, korporativ istiqrazların illik gəlirlilikləri 8-13% arası, səhmlər üzrə kapital dəyərlənməsi nəticəsində yaranan gəlirlilik 60%-ə qədər, kredit çiyni təmin olunan törəmə qiymətli kağızlar üzrə gəlirlilik illik 100%-dən çoxdur. Bu yerdə gəlirlilik risklə düz mütənasib olduğundan yüksək gəlirli maliyyə aktivlərinin yüksək riskli olduğunu investor anlamalıdır.


Ölkəmizə, xüsusilə beynəlxalq sərmayəçilərin diqqətini cəlb etmək üçün hansı işlər görülür və bu istiqamətdə daha nələrin edilməsinin lazım olduğunu hesab edirsiniz?


Sənədləşmənin sadələşdirilməsi, hesab açma əməliyyatlarının daha da operativləşdirilməsi xarici investorların diqqətini cəlb etmək istiqamətində atılan addımlar sırasına daxil etmək olar. Bəzi şübhəli ölkələr və onların vətəndaşları istisna olmaqla, digər hər hansı bir məhdudiyyətin olmaması bazara xarici investorların marağını xüsusi ilə artırmışdır. Dövlət proqramının dəstəyi ilə bazar iştirakçılarının göstərdiyi xidmətlərdə sürətli elektronlaşma prosesi gedir. Bu da xarici investorların marağının artırılması istiqamətində öncədən düşünülmüş yaxşı addımdır. Gələcəkdə sahə ilə bağlı müəyyən vergi və şəffaflıq islahatlarının sürətlənəcəyini düşünürəm.


Hansı istiqamətlərdə sərmayə potensialının “yatdığını” görürsünüz?


İstənilən investisiya alətində potensial var. Potensialın səviyyəsi investorun risk götürmə qabiliyyətinə görə dəyişir. Daha çox risk götürmə qabiliyyətinə malik investorlar daha çox potensialı bazarda kəşf edə bilərlər. Hazırda ən yüksək gəlir vəd edən FOREX kimi tanıdığımız maliyyə alətidir.


Bəs, inkişaf etməkdə olan bazar FOREX bazarı, sərmayəçisinə necə qazanc vəd edir?


Hər gün oxuduğumuz iqtisadi xəbərlər, dünyada baş verən siyasi hadisələr, Mərkəzi bankların pul siyasəti və digər məsələlər FOREX bazarı perspektivindən təkcə məlumat yığını kimi deyil, həm də əlavə gəlir mənbəyi kimi istifadə etməyə imkan verir. İnvestorlar bu xəbərləri izləməklə, digər düzgün təhlillər aparmaqla uğurlu əməliyyatlar edə və gəlir qazana bilərlər. Bazarda hər il müəyyən trend müşahidə olunur ki, bu trend bir neçə ay davam etdikdə artıq onun proqnozlaşdırılması belə çox asanlaşır. FOREX bazarının ən üstün cəhəti isə bu trendin istər qalxan istər də enən olmasından asılı olmayaraq, Sizə gəlir qazandırmasıdır.


FOREX bazarında ilk dəfə iştirak etmək istəyənlər nələrə diqqət yetirməlidirlər?


Yeni başlayanlar üçün FOREX-də təhsil əsas şərtdir. Ticarət edilən maliyyə alətindən asılı olmayaraq minimum biliyə malik olmaq lazımdır. Bu sahəyə maraq göstərən yeni insanlara minimum bilik vermək üçün ödənişsiz Başlanğıc seminarları təklif edirik. İstənilən şəxs seminarlara onlayn yazılaraq InvestU layihəsi çərçivəsində təşkil etdiyimiz tədris proqramlarına qatıla bilərlər. Şirkət, başlanğıc səviyyədən peşəkar səviyyəyə qədər Universal Treyder, Ticarət Praktikası, Texniki və Fundamental analiz, Elliot dalğası, Xaos nəzəriyyəsi və s. üzrə tədris  proqramları təklif edir.


Bakı Fond Birjasının təşkilatçılığı, Milli Depozit Mərkəzinin hesablaşma agenti və InvestAZ şirkətinin likvidlik təminatçısı kimi çıxış etməsi ilə FOREX bazarı ölkəmizdə də etibarlı sərmayə yatırıla bilinəcək bir bazara çevrilmişdir. Azərbaycanda FOREX-in qanuniləşdirilməsi istiqamətində atılmış bu addımın nəticələrini necə qiymətləndirirsiniz?


Bu layihənin təşəbbüskarından biri də əslində InvestAZ şirkəti olmuşdur. Xarici bazarlarda olan alətləri birbaşa ekspansiya metodu ilə daxili bazarda maliyyə qurumları vasitəsilə təqdim etmək istəyənlər var idi. Biz bunu Bakı Fond Birjası vasitəsilə həyata keçirmək istədik ki, gələcəkdə həm bunun tənzimlənməsinin metodologiyası, həm də vahid bir sistemi olsun. Biz, bunu etməklə xidməti bir növ asanlaşdırmışıq. Burada Milli Depozit Mərkəzi vəsaitlərə nəzarəti, Bakı Fond Birjası isə əqdlərin monitorinqini həyata keçirir.


İnternetin yayılması və smartfon telefonlarından istifadənin artması FOREX-ə marağı necə artırır və InvestAZ texnologiyanın inkişafı ilə necə ayaqlaşır?


Bütün dünyada internet imkanlarının genişlənməsi və smartfon telefonlarının istifadənin artması FOREX bazarının iştirakçılarının sayını artmasına da müsbət təsir göstərmişdir. InvestAZ şirkətinin təqdim etdiyi ticarət platformaları vasitəsilə istifadəçilər internet üzərindən istənilən an və istənilən yerdən FOREX bazarına qoşulmalarına imkan yaradır. Şirkət olaraq biz müştərilərimizin ehtiyaclarını anlayır və arzularını gerçəkləşdirmək, təhlükəsizliyinizi təmin etmək üçün ən son texnoloji imkanlardan istifadə edirik. Şirkət ilk dəfə olaraq öz daxili gücü hesabına, InvestOR platforması adı altında daxili bazarda öz məhsulunu yaratdı. Artıq hər kəs tək hesabdan müxtəlif maliyyə alətlərinə investisiya etmək üçün şirkətin yaratdığı InvestOR platformasından istifadə edə bilər.


Zəmanəti olmayan, xaricə bağlı FOREX şirkətlərinin bəzi yanlış reklamları səbəbi ilə sərmayəçilərin zərər çəkdiyi söylənilir. FOREX xidmətini təklif edən şirkətlər müştərilərinə məhsullarını təqdim edərkən ən çox hansı qeyri-etik üsullardan istifadə edirlər? FOREX-ə ilk dəfə başlayanlar üçün bunun əhəmiyyəti nə dərəcədə böyükdür?


Doğrudur qeyd edirsiniz, bu gün FOREX bazarında fəaliyyət göstərən bəzi şirkətlər yanlış reklam səbəbi ilə sərmayəçilərə ziyan vurur. Bilirsiniz ki, ölkəmizdə FOREX bazarında ticarətin təşkili və monitorinqi Bakı Fond Birjası tərəfindən aparılmaqdadır. FOREX bazarında iştirak imkanını öz müştərilərinə verilməsini təmin edən isə əsasən banklar və broker şirkətləridir. Bundan əlavə ölkəmizdə xarici brokerlərin kiçik nümayəndəlikləri də var ki, onlar Azərbaycan müştərisinə xarici brokerin nəzdnində hesab açdıra bilirlər. Müştəri broker şirkəti seçərkən həmin maliyyə təşkilatının fəaliyyətinin ölkə qanunvericiliyi ilə tənzimlənib tənzimlənmədiyinə diqqət etməlidir.

Brokerin seçilməsi, FOREX bazarında ticarətə başlamamışdan öncə atılmalı olan mühüm addımlardan biridir. FOREX bazarında ticarətin etibarlılığı seçilmiş brokerin fəaliyyətinin müvafiq dövlət qurumları tərəfindən tənzimlənməsindən asılıdır.

Reklam vasitəsilə gələn müştəri ilkin mərhələdə onu maraqlandıran broker xidmətləri spektrini müəyyən etməlidir. Daha sonra isə əmrlərin (order) yerinə yetirilməsinə diqqət edilməlidir, çünki bir çox hallarda bazarda qiymətlər ani olaraq dəyişir.

Digər bir vacib nüanslar isə şirkətin təqdim etdiyi mütəmadi bazarın analitik araşdırılması, gün ərzində 24 saat xəbər və texniki dəstək kimi xidmətlərin göstərməsidir. Bu gün bazarda uzunmüddətli fəaliyyət tarixinə, lisenziyaya və müştərilərlə şəffaf müqavilə münasibətləri təcrübəsinə malik olan broker şirkətlərini etibarlı hesab etmək olar.


Sizin fikirinizcə, fərdi şəxslərin FOREX bazarına cəlb edilməsinin qarşısındakı ən böyük maneə nədir? Bu bazarı daha da canlandırmaq üçün hansı addımlar atılmalıdır?


Qarşıda duran ən böyük maneə fərdi şəxslərin bu sahə haqqında məlumatının az olmasıdır. Bu məqsədlə də InvestAZ şirkəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birgə Kapital bazarı üzrə Təlim Mərkəzi yaratmışdır. Təlim Mərkəzinin əsas məqsədi təlim proqramlarını ən yüksək səviyyədə təqdim etməklə Azərbaycanın qiymətli kağızlar bazarının intensiv və savadlı inkişafının stimullaşdırmaqdır.


Azərbaycanda FOREX-in gələcəyi ilə bağlı gözləntiləriniz necədir?


FOREX artıq Azərbaycanda maraq doğuran bir sahəyə çevrilmişdir. InvestAZ şirkəti Azərbaycanda sərbəst ticarət edən fərdi investorlar yaratmağa nail olmuş və bu işi indi də davam etdirir. Şirkət fəaliyyəti dövründə minə yaxın insanı öz sertifikatları ilə təmin etmişdir ki, bu da ümumilikdə əhalinin maliyyə savadlılığının artması istiqamətində atılan addımlardandır.


FOREX bazarında uğurun açarı nədir?


İstənilən sahəni bilmədikdə o insan üçün təhlükə yaradır. Şirkətimizin də bazara yanaşması bu cürdür. FOREX-i öyrənmədən istifadə etmək doğru deyil. İstifadəçi, “qırmızı” məhsul adlandırdığımız FOREX-də ticarət etmək istədikdə, biz FOREX-də çox böyük gəlir olduğunu, amma bununla yanaşı risk daşıdığı barədə məlumat veririk. Biz FOREX əməliyyatları aparmaq istəyənlərə ilk növbədə özlərinə yatırım etməyi, bu işi öyrənməyə zaman sərf etməyi tövsiyə edir.
Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA