Qızılın qiymətinin ucuzlaşması ilə bağlı mütəxəssis rəyi
11.11.2014 11:00
XƏBƏRLƏR
Qızılın qiymətinin ucuzlaşması ilə bağlı mütəxəssis rəyi

Son vaxtlar qızılınqiymətində müşahidə olunan ucuzlaşmanın səbəbi nədir?

Qızılın əsas xüsusiyyəti bir çoxdövlətlərdə büdcənin əsas ehtiyat aləti kimi istifadə olunmasıdır. Son illərdəqızıla tələbatın artması onun hasilatını kəskin şəkildə artırmışdır.Statistikaya əsasən təkcə 2013-cü ildə dünyada qızıl ehtiyatları 160.4 min tonaçatmışdır. Bunun 30 min tonu dövlət mərkəzi bankların və maliyyə qurumların, 79min tonu zərgərlik məmulatlarının, 25 min tonu investisiyaların, yerdə qalan26,4 min ton isə əhalidə olan qızıl məmulatlarının payına düşür. Son 10 il ərzində qızılın istehsal dinamikası artan və azalantendensiyalar üzərindədir. 2008-ci ildən başlayaraq dünya iqtisadiyyatındayaranmış maliyyə böhranı qızılı ınvestorlar üçün ehtiyat yatırım alətinəçevirmişdir. 2011-ci ildə qızılın qiyməti 1 unsiya üçün 1920 dollara çatmışdırki, bu da həmin il üçün ən pik hədd hesab olunur.

2014-cü ilin əvvəlindən beynəlxalq birjalarda qızılın kəskinucuzlaşması müşahidə olunur. Ucuzlaşmaya səbəb kimi bu il ərzində Amerikainfilyasiya tempinin aşağı düşməsi və Federal Rezerv sistemi tərəfindən gözlənilənfaiz dərəcələrinin aşağı olmasıdır. Həmçinin Amerikada dolların dəyərininbahalaşması isə investorlar arasında qızıla olan tələbatın azalmasına gətiribçıxartmışdır.

Sizcə bu proses nəqədər (vaxt baxımından) və hansı həddə qədər (qiymət baxımından) davam edəbilər?

Hal-hazırda qızılın qiymətinin eniştendensiyası davam edir və qiymət sonuncu minimum səviyyəni yəni 1180 dollarıda keçmişdir. Buna səbəb kimi oktyabr ayının sonunda ABŞ-da FRS açıqlamaları vəkütləvi dövlət istiqrazlarının alış proqramının dayandırılması olmuşdur.Bazarlara təsir edən fundamental faktorları (siyasi və iqtisadi göstəricilər)nəzərə alsaq enişin hələ də davam etmə ehtimalı yüksək olduğunu qeyd etməkolar. Vəziyyəti qrafik olaraq analiz etdikdə, qızıl üçün önəmli dəstəksəviyyəsi 1 unsiya üçün 1105-1115 dollar hesab etmək olar. 2015-ci ilinəvvələri üçün qızılın dəyərinə olan  proqnozlar 1100-1150 dollarsəviyyəsindədir.

Qızılın ucuzlaşmasıxarici valyutaların məzənnəsində özünü necə göstərəcək?

Qızılın ucuzlaşması özünü valyutabirjalarında da göstərmişdir. ABŞ dollarının bahalaşması, investorlarıntələbatlarının artması funt, avro, frank, yapon yenası kimi valyutalarındəyərinin itməsinə səbəb olmuşdur. Son 6 ay ərzində ABŞ-da müsbət makroiqtisadi xəbərlər dolların dəyərinin daha da bahalaşmasına təkan vermişdir.

InvestAZ şirkətininticarət platformalarından istifadə edən investorlar bu qiymət dəyişmələrindənnecə faydalana bilərlər? Onlara bununla bağlı hər hansı tövsiyyəniz varmı?

Bazarda qızılın qiymət dəyişikliyi investorlar üçün aktiv birdövr hesab olunur. Ticarətini qızıl üzərində quran treyderlər və uzun müddətliinvestorlar bu qiymət dəyişikliyindən gəlir əldə edə bilərlər. Bundan əlavəşirkət, təqdim etdiyi ticarət terminalları vasitəsilə valyutalar, əmtəələr,fond indeksləri və səhmlərin ticarətini də təklif edir. Biz hər bir müştərininpotensial investor ola biləcəyinə inanır və maliyyə bazarlarında uğurun təminatınıntəcrübə və biliyin olmasını əsas tuturuq.
Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA