İsveçrə frankı böhranından çıxmağa kömək edən InvestMan aləti.
28.01.2015 10:12
XƏBƏRLƏR
Risk Menecment aləti isveçrə frankı böhranından mənfəətlə çıxmağa kömək edib
2015-ci ilin yanvar ayında beynəlxalq maliyyə bazarlarında baş vermiş hadisə zamanı InvestAZ şirkəti tam yeni risk menecment alətinin effektivliyini bir daha sınaqdan keçirdi. “Qara Qu quşu” hadisəsindən sonra marjinal ticarət bazarının yeni istiqamət alması, güclü risk menecment və texnoloji infrastruktura malik broker şirkətləri üçün dönüş yaratdı.

Şirkət, InvestMan adlandırdığı daxili risk menecment aləti haqqında məlumat verərək bildirir ki, yeni məhsul bazar şəraitindən asılı olmayaraq istənilən şəraitdə gəlir əldə etməyə imkan yaradır. Bu alət “Qara Qu quşu” günü ərzində qüsursuz işləməklə yanaşı şirkətə mənfəət də qazandıra bilmişdir.

Broker şirkətindən verilən məlumata əsasən InvestMan aləti, bütövlükdə riskə məruz səviyyəsini deyil, hər bir müştərinin və əməliyyatın məruz qaldığı riski dəyərləndirmə qabiliyyətinə malikdir. InvestMan aləti, şirkəti maliyyə bazarlarında yarana biləcək ani boşluqlardan da (GAP) qoruyur. Bu da marjinal ticarət bazarında fəaliyyət göstərən brokerlərin isveçrə frankının məzənnəsində baş vermiş böhran zamanı qarşılaşdığı ən böyük problemlərdən biri olmuşdur.
Şirkət rəhbərinin sözlərinə görə bazarda əminlik yaratmaq üçün şirkət bu məhsulu digər bazar iştirakçıları ilə də paylaşa bilər. O həmçinin böyük rəqabətin olmasına baxmayaraq, FOREX və CFD ticarət alətləri üzrə sahənin inkişaf etdirilməsi məsuliyyətini şirkətin öz üzərinə götürdüyünü də vurğulayıb.

Azərbaycanda FX və CFD ticarət alətləri bazarının qurulmasından sonra, InvestAZ şirkəti sahənin yeni müstəviyə keçməsi üçün Türkiyədəki əlaqəli təşkilatlar ilə birgə əməkdaşlıq etməyə başladı. Bu irəliləyiş özünü daha çox Türkiyə Respubikasında 2014-cü ilin dekabr ayında 30 milyard lirəyə yaxın ticarət əməliyyatlarının həcmində büruzə verdi. Şirkət rəhbəri həmçinin qeyd edib ki, bu addımlar şirkətin beynəlxalq arenada fəaliyyətinə dəstək olmaqla bərabər, onların texnoloji bazası və risk menecment sisteminin effektiv təşkili ilə yanaşı digər broker şirkətlərinə likvidliyin təminatında da yardımçı olmuşdur.
Tədris və məhsullarımız haqqında sizi məlumatlandıraq.
Canlı Dəstək xəttimiz
* 1234

SİZƏ ZƏNG EDƏK

CANLI DƏSTƏK

Pulsuz Təlim Hesabına

İNDİ BAŞLA