X

Aktivlərin idarə edilməsinin 7 qaydası

Maliyyə bazarlarında daimi olaraq gəlir əldə etməyin sirri aktivlərin düzgün idarə edilməsindən keçir. Aktivlərin idarə edilməsi, ticarət əməliyyatlarınızda hansı məbləğdə vəsaiti riskə atmağa hazır olduğunuzu göstərir. Hər dəfə zərərlə qarşılaşsanız belə, sonrakı mərhələdə bu vəziyyəti düzəltmək üçün hələ də vəsaitinizin olduğunu eşitməyiniz ən xoş xəbərdir. Həmin vəsaitlər lazımi anda, itirdiyiniz məbləği geri qaytarmağa yardımçı olacaq.

Böyük üstünlüklərlə bərabər riskləri özündə birləşdirən FOREX maliyyə bazarında, təməl biliklər qədər aktivlərin idarə olunması bacarığıda əsas amillərdəndir.

Risklərin idarə edilməsi

Aktivlərin idarə edilməsinin digər mənası risklərin idarə edilməsidir. Risk səviyyəsi yüksək olan bir sahədə bütün nüansları diqqətə alıb, ən pis strategiyaya görə yatırım strategiyanızı müəyyən etməlisiniz. Qısacası, ticarət edəcəyiniz bütün məbləği deyil, onun 5%-i ilə ticarət etməyiniz tövsiyyə olunur. Ticarətə ayıracağınız vəsait sonradan Sizə hər hansı bir narahatçılıq yaratmamalıdır.

Fərqli Maliyyə alətlərinə Yatırım

Maliyyə bazarında risk səviyyənizi minimuma endirmək üçün fərqli maliyyə alətlərinə yatırım etmək strategiyasını da seçə bilərsiniz. Bu cür istiqaməti seçməklə, həm Sizə yaxın olan maliyyə alətini kəşf edə, həm də bütün vəsaitlərinizi riskə atmaqdan qorumuş olursunuz.

Sermayənizi Qoruyun

Yüksək xəyallarınızın qurbanı olaraq vəsaitlərinizin hamısını riskə atmayın. Gəlir əldə etmə potensialını göstərən rəqəmlər qədər inandırıcı olursa olsun, həyata keçirəcəyiniz yanlış əməliyyatladan sonrada zərəriniz o qədər yüksək olur. Odur ki, vəsaitlərinizin hamısı ilə risk etməyin. Əks təqdirdə itirilmiş vəsaiti geri qaytarmaq üçün ikinci şansınız olmayacaq.

Zərəri Nəzarətdə saxlayın

Maliyyə alətlərindəki anlıq qiymət dəyişikliklərinin nəzarətdə saxlanılması, riskləri idarə edilməsi deməkdir. Ticarət terminalının “Stop Loss/Take Profit” ticarət əmrlərindən istifadə edərək ani qiymət dəyişiklikləri zamanı yarana biləcək zərərin qarşısını ala bilərsiniz.

Hisslərinizə nəzarət edin

Maliyyə bazarında ticarət edənlərin polad kimi hissləri olmalıdır. Çünki maliyyə bazarında qiymətlərin ani hərəkəti bir çox bazar iştirakçılarını həyəcanlandıraraq, onların yanlış addım atmaqlarına səbəb olur. Xüsusilədə zərər olan əməliyyatlarda bütün addımları soyuqqanlı olaraq atmaq lazımdır. Qərar verməyin çətin olduğu bu vəziyyətlərdə “Stop Loss” ticarət əmrindən istifadə etməyiniz tövsiyyə olunur.

Əməliyyatlarınızı qeyd edin

Ticarət əməliyyatları zamanı hər bir addımınızı qeyd edin. Bütün bu qeydləriniz beyninizin unutduğu bütün təfərrüatları təkrar yadınıza salacaqdır.

Öz üslubunuzu müəyyən edin.

Maliyyə bazarı ilə bağlı kifayət qədər bilik və təcrübəyə sahib olduqdan sonra artıq qiymətlərin hərəkət istiqamətini özünüz müəyyən edəcəksiniz. Duyğularınıza məğlub olmamaq adına bazarda hansı hallarda hansı əməliyyatlar icra edəcəyinizə, hansı aktivlərin idarə edilməsi strategiyası strategiyası ilə hərəkət edəcəyinizə qərar verin. Çalışın formalaşdırdığınız strategiyalara sadiq qalın. Unutmayın, sabitlik və intizamlılıq hər zaman qazandırır.

Categories: Məqalələr
InvestAZ:
Related Post