X

Bazar iştirakçılarının ilk vaxtlarda yol verdiyi 5 səhv

forex yatırımcı

Hər hansı bir bacarığınızı inkişaf etdirmək üçün öz üzərinizdə nə qədər sürətlə işləsəniz bir o qədər yaxşıdır. Müəyyən sahələr var ki, O sahəyə yeni başladığınızda səhv etməyiniz normaldır. Ancaq investisiya və ya pul məsələlərinə gəldikdə burada səhvə yol verməyiniz ciddi maliyyə itgilərinə yol aça bilər. Bu yazıda Sizə yeni başlayan bazar iştirakçılarının tez-tez yol verdiyi 5 səhvlər və onlardan necə yan keçmək haqqında fikirlərimizi paylaşacağıq.

  1. Vaxt uzatmaq

Vaxt uzatmaq heç də yaxşı bir əlamət deyil. Ancaq mövzu investisiya etmək olduqda bu daha da risklidir çünki maliyyə bazarları olduqca sürətlə hərəkət edir və heç kimi gözləmir. Yaxşı ideyalar isə hər zaman insanın ağlına gəlmir. Doğru araşdırma və analiz etdikdən sonra ağlınıza gələn ideyanı həyata keçirmək üçün vaxt itirməməyiniz lazımdır. Əks təqdirdə bu ideya digər bazar iştirakçılarının da diqqətini çəkəcək və yaranmış fürsəti qaçırmış olacaqsınız. Yeni başlayan bazar iştirakçıları tez-tez təcrübələrinin olmadığı üçün ideyalarını həyata keçirməkdən çəkinirlər. Əgər yaxşı bir ideyaya sahibsinizdə, onu həyata keçirməkdən çəkinməyin.

  1. Yatırım etmək əvəzinə spekulyasiya etmək

Bazar iştirakçısının yaşı onun öz üzərinə götürməyə hazır olduğu risk səviyyəsinə təsir edir. Bazar iştirakçısı nə qədər gəncdirsə, bir o qədər də öz üzərinə risk götürməyə meyillidir. Belə ki, bu bazar iştirakçılarının daha çox vaxtı olduğu üçün, bu vaxt ərzində əldə edəcəkləri gəlirlə zərərlərini bağlayacaqlarını hesab edirlər. Ancaq bu heç də əsaslı arqument deyil. Gənc bazar iştirakçıları spekulyativ əməliyyatlar edib işi şansa buraxmaq əvəzinə, daha riskli, amma uzun perspektivdə səhmlərinin qiymətləri yüksəlmə potensialı olan şirkətlərə üstünlük verməlidirlər.

  1. Kredit çiynindən daha çox istifadə etmək

Əməliyyatlarınızı həyata keçirdiyiniz kredit çiyni dəstəyinin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də mövcuddur. Skepulyativ əməliyyatlarda olduğu kimi, kredit çiyni dəstəyi vasitəsilə də vəsaitlərinizi itirmə təhlükəsi ilə üz-üzə qala bilərsiniz. 25-30%-lik zərər qarşısında cəsarətini itirməyib daha yüksək kredit çiynindən istifadə edən gənc bazar iştirakçısını anlamalıdır ki, bu vəziyyətdə zərər 50 – 60%-ə qədər qalxa bilər.

  1. Daha çox sual verməmək

Bəzi yeni başlayan bazar iştirakçıları ticarət etdiyi maliyyə alətinin qiymətinin getdikcə aşağı düşməsini qısa müddətli olacağını düşünürlər. Ancaq bəzi hallarda bu enmənin bir yaxşı səbəbi vardır. Ticarət qərarlarında ən önəmli faktor sual verməkdir. Əgər yatırım etdiyiniz maliyyə alətinin qiyməti yarıya kimi endisə, bunun səbəbini araşdırmağınız lazımdır. Bir çox hallarda yeni bazar iştirakçıları kifayət qədər təcrübəyə malik olmadıqları üçün ticarət qərarlarını bütün məlumatları incələmədən verirlər.

  1. Yatırım etməmək

Bundan öncə qeyd etdiyimiz kimi bir çox yeni bazar iştirakçıları daha çox gəlir əldə etmək məqsədi ilə daha çox riskə girməyə meyilli olurlar. Ancaq karyeranın son pillələrində olanlar gəlir əldə etməyə az meyilli olduqları üçün pensiya kimi uzunmüddətli hədəflərə diqqət etmirlər. Əmanət yerləşdirmək və ya investisiya etmək yerinə pulu məqsədli şəkildə xərcləməyənlər pensiya yaşında iqtisadi sıxıntıların baş verməsi səbəbi ilə pis vəziyyətlə üzləşə bilərlər.

 

Categories: Məqalələr
InvestAZ:
Related Post