X

Bitcoin nədir, necə alınır?

Bitcoin nədir, necə alınır?

Bitcoin 17.12.2017-ci tarixində 20.078 $ satış qiyməti ilə tarixi bir rekord qırdı. Bitcoin nədir deyə maraqlanırsınızsa aşağıdakı məqalədə ətraflı məlumat əldə edə bilərsiniz.

Bitcoin, Azərbaycanda çox tanınmasa da digər xarici ölkələrdə pulun gələcəyi olaraq tanınır. Ölkəmizdə də tədricən tanınan Bitcoin, rəqəmsal dünya üçün əlverişli bir valyuta növüdür. Bu valyutaya heç bir mərkəzi olmayan virtual valyuta deyə bilərik. Satoshi Nakamoto tərəfindən 2008-ci ildə yaradılan bu valyuta qlobal bazarlarda dollar və avroya alternativ olaraq təqdim edilir. Bitcoin-nin simvolu ฿, qısaltması isə BTC-dir.

Sərbəst və texnoloji pul – Bitcoin

Bitcoin-in ən vacib xüsusiyyəti ondan ibarətdir ki, mərkəzi bank da daxil olmaqla hər hansı bir dövlət qurumu tərəfindən idarə olunmur. Buna görə də, valyutaların qiymət hərəkəti Bitcoin-ə heç vaxt təsir etmir. Onun dəyəri bazarda tələb və təklif şərtləri ilə müəyyən edilir. Tələb artdıqca, qiyməti artır, azaldıqda isə dəyəri aşağı düşür. Bitcoin virtual dövriyyəsi olan bir valyuta olduğundan, insanların öz şəxsiyyətlərini açıqlamadan pul göndərməyinə imkan verir. Bu sistem sizin şəxsiyyətinizi tamamilə məxfi saxlayaraq, İnternet üzərindən alış-veriş və ya investisiya etmək imkanı verir.

Bitcoin necə istehsal edilir?

Bu sual “Bitcoin nə deməkdir?” sualından sonra soruşa biləcəyiniz ən vacib məsələdir. Çünki pullar dövlətlər tərəfindən dövriyyəyə verilir və Bitcoin-in dövlətlərlə heç bir əlaqəsi yoxdur. Bəs bitcoin necə istehsal olunur və bunu kim edir? Əlbəttə ki, kompüterlər. Bitcoin istehsalına “mayninq” (mining) deyilir. Virtual “mayninq” üsulu ilə verilmiş 16 simvolu kodlaya bilən kompüterlər Bitcoin qazanır.

Bitcoin necə qazanılır?

İlk olaraq heç bir məbləğ ödəmədən Bitcoin hesabı açmalısınız. Virtual cüzdanınızı (birdən artıq  virtual cüzdan yarada bilərsiniz) yaratdıqdan sonra, Bitcoin şəbəkəsinin əməliyyatlarını təsdiqləmək üçün kompüterlərdə riyazi əməliyyatlar etməlisiniz. Bitcoin üçün bilik və kompüterinizə güvənməlisiniz. Bitcoin əməliyyatları kompyuterinizin təchizatı ilə aparılır. Kompüteriniz nə qədər güclü olsa, performansınız o qədər yaxşı olacaq. Bitcoin əməliyyatları üçün xüsusi olaraq hazırlanmış sistemləri ala və ya icarə götürə bilərsiniz. Bu barədə bilmədiyiniz halda, mövcud “mayning hovuzlarına” (Bitcoin hovuzları kimi tanınır) qoşulmaqla gəlirinizi artıra bilərsiniz. “Mayning hovuzları” olduqca çoxdur. Ümumiyyətlə, bir blokdan daxil olan ümumi gəlirlər hovuz iştirakçıları arasında xüsusi formula əsasında paylanılır. Bir növ kompüterinizin gücünü digər istifadəçilərlə birləşdirərək qazanacaqsınız. Bitcoin əldə etmək üçün mövcud pulunuzu müəyyən bir valyuta məzənnəsindən dəyişə bilərsiniz və ya Bitcoin-satan sistemlərdən birbaşa əldə edə bilərsiniz.

Bitcoin ilə yanaşı Ethereum, Ripple, Monero, Zcash kimi bir çox kriptovalyutalar da məşhurluq qazandı.

Categories: Kriptovalyutalar
InvestAZ:
Related Post