X

Clubhouse nədir? Necə qoşulmaq olar?

clubhouse nədir?

Son dövrlərin ən çox danışılan sosial media platformasın “Clubhouse”, həmçinin, ən çox yüklənən və axtarılan tətbiqetmələr sırasındadır. Rəqəmsal texnologiya çağını yaxından izləyənlər tərəfindən araşdırılan bu tətbiqdə Facebook və Instagram-dan fərqli olaraq video və foto paylaşımı edilmir. Bəs istifadəçilərinin söhbət otaqları vasitəsilə səslə qarşılıqlı əlaqə qurmasına imkan verən “Clubhouse” nədir, necə istifadə olunur? Buraya necə üzv olmaq olar və dəvətnamə məcburidir?

“Clubhouse” nədir? Necə istifadə edilir?

Dəvət sistemi ilə işləyən bu tətbiq son günlərin ən populyar tətbiqidir. Yalnız dəvət sistemi ilə iOS istifadəçiləri tərəfindən istifadə edilə bilən “Clubhouse”, Alpha Exploration Co. texnlogiya şirkəti tərəfindən hazırlanmış, səsli söhbət otaqları vasitəsilə qarşılıqlı fəaliyyətə imkan verən bir sosial şəbəkə platformasıdır. Eyni zamanda, tətbiqi istifadə edən bir istifadəçidən dəvət almaq və üzv olmaq şərtdir.
“Clubhouse”da istifadəçilər səs otaqları yaradır və səs yazılarını orada paylaşırlar. Hər kəsin qeydiyyatdan keçə bilmədiyi bu platforma yalnız dəvət sistemi ilə işləyir. Sizi dəvət edə biləcək tanıdığınız biri yoxdursa, sistem sizi növbədə saxlayacaqdır. Ancaq növbəniz çatdığı halda üzv olma prosesi tamamlana bilər.
Twitter, Facebook və Instagram-dan fərqli olaraq, bu tətbiqetmədə mətn mesajı, video danışıq, yazı və ya foto paylaşımı yoxdur.

Hələlik, əvvəlcə yalnız iOS istifadəçiləri üçün əlçatan olan tətbiq, yaxın vaxtlarda Android istifadəçilər üçün də istifadə edilə bilməsi gözlənilir.

Categories: Məqalələr
Tags: clubhouse
InvestAZ:
Related Post