X

Əmtəələrlə necə ticarət olunur?

forex altın

Qızıl, gümüş, pambıq, buğda, neft, şəkər tozu, qəhvə, kimyəvi maddələr, sənaye məhsulları və bir çox xammallar ticarət olunan əmtəələrə aid edilir.

Artıq internet vasitəsilə həyata keçirilən ticarət sayəsində bu əmtəələrə fiziki olaraq sahib olmadan da ticarət edə bilərsiniz. Sadə bir şəkildə ticarətinizi həyata keçirərək sürətli gəlir əldə etmək imkanından faydalana bilərsiniz. İnternet vasitəsilə əmtəələrin ticarətini təşkil edən maliyyə bazarı FOREX adlanır.

Qızıl

Həm qızıl bazarında həm də FOREX bazarında ticarət edilə bilən qızıl, həm qısamüddətli həm də uzunmüddətli investisiyalar üçün uyğundur. Qızıl bazarından fərqli olaraq FOREX bazarında qızıln qiymətinin enməsi belə bazar iştirakçısına gəlir gətirə bilər. FOREX bazarında iki istiqamətli ticarət sayəsində qiyməti aşağı düşən maliyyə alətindən belə gəlir əldə etmək mümkündür. Fiziki olaraq qızıla sahib olmadan, onu itirmə riski ilə üzləşmədən, əridərkən komissiya xərci ödəmədən sürətli və etibarlı şəkildə qızıl ticarəti həyata keçirmək istəyənlər üçün FOREX ən etibarlı maliyyə bazarıdır.

Neft

Neftdə qızıl kimi həm birja da, həm də FOREX maliyyə bazarında ticarət olunan əmtəədir. Tələb və təklif əsasında dəyişən neft qiymətləri ilə ticarət edərkən diqqət etməyiniz tələb olunan bir sıra analizləri nəzərə almalısınız. FOREX bazarında kiçik yatırım məbləği ilə dərhal əməliyyat icra edə biləcəyiniz halda, birjada bu kimi əməliyyatlar həyata keçirmək üçün böyük məbləğlər tələb olunur. FOREX bazarının gündəlik ticarət həcminin yüksək olması bazar iştirakçılarına qısamüddətli yatırımlar etmək imkanı yaradır.

Gümüş

Gümüş bazarında qiymətin aşağı olması kiçik yatırım məbləği olan investorların sevimli maliyyə alətinə çevrilmişdir. Gümüş həmçinin FOREX bazarında ticarət edilən bir əmtəə olduğu üçün bazar iştirakçıları qiymətin istər enməsindən, istərsə də yüksəlməsindən gəlir əldə etmək imkanından faydalana bilərlər. Kredit çiyni vasitəsilə kiçik yatırım məbləği ilə belə daha yüksək gəlir əldə etməyə imkan verən FOREX maliyyə bazarında gümüşə fiziki sahib olmadan da ticarət edə bilərsiniz.

Mis

Gümüş kimi bir çox sahələrdə istifadə olunan mis də, az kapitala sahib investorların tez-tez üstünlük verdiyi bir əmtəələrdən biridir. Kredit çiyni vasitəsilə FOREX bazarında qısa müddətdə yüksək gəlir əldə etmək olar. Ancaq FOREX maliyyə bazarında gəlir əldə etmək üçün ticarətinizi mərhələli şəkildə həyata keçirməyi unutmamalısınız.

Kənd təsərrüfatı məhsulları

Pambıq, qəhvə, şəkər, qarğıdalı, buğda, kakao kimi müxtəlif kənd təsərrüfatı məhsulları ticarəti olunan əmtəələr sırasındadır. FOREX maliyyə bazarında bu əmtəələrin fiziki olaraq ticarəti həyata keçirilmədiyi üçün daşınma, saxlanma, yanacaq və digər xərcləri ödəməkdən azad olur, sürətli və gəlirli bir investisiya etmiş olursunuz.

Categories: Məqalələr
InvestAZ:
Related Post