X

Fərq Müqavilələri Haqqında Nələri Bilməliyik?

Fərq Müqavilələri Haqqında Nələri Bilməliyik?

Fərq müqavilələri və ya daha geniş yayılmış adı ilə “Contract for Difference” (CFD), səhmlər, əmtəə kimi maliyyə alətlərinə fiziki olaraq sahib olmadan, qiymət fərqlərindən gəlir əldə etməyə əsaslanan maliyyə alətidir. Daha az sərmayə ilə daha sürətli əməliyyatlar yerinə yetirilməsini mümkün edən bu alətə çox müxtəlif məhsul növləri baza təşkil edə bilər. Fərq müqavilələri müddətli alətlərdir. Ancaq, bunlar ikinci əl bazar funksiyasını daşıyan forexdə müddət gözləmədən, həmin andakı əməliyyat qiyməti üzərindən dəyişə bilər.

Əsas götürülən məhsula daha aşağı maliyyətlə bağlanan CFD müqavilələrinə, daha az investisiya ilə daha çox əməliyyatlar yerinə yetirilməsi nöqteyi nəzərdən üstünlük verilməkdədir. Belə ki, daha aşağı sərmayə ilə əsas götürülən məhsulun dəyəri miqdarında gəlir əldə etmək imkanı bu maliyyə alətinin perspektivini yüksəldir.

Forex Bazarında Fərq müqavilələri (CFD) ilə əməliyyatlar

CFD Müqavilələri, forex bazarının üstünlüklərindən yararlanaraq 1990-cı ildən sonra daha da genişlənmiş və maliyyə bazarlarında ən əhəmiyyətli əməliyyat funksiyalarından biri halına gəlmişdir. CFD müqavilələri üçün də eyni ilə forex bazarında səhm və əmtəə kimi maliyyə alətlərinin alışı və satışı şərtləri və qaydaları mövcuddur və digər maliyyə alətlərinə edilən investisiyalardan fərqlənmir. Yüksək gəlir əldə etməyimizə imkan verən kredit çiyninin eyni zamanda yüksək risk yaratdığını da unutmamalıyıq. Risk və gəlir seçiminizə əsasən 1:100 nisbətinə qədər kredit çiyni istifadə olunur.

CFD – lər forex bazarında həftə içi hər gün 24 saat fəaliyyət göstərirlər. Doğru biznes strategiyasını aparmaqla, həm qiymətlərin qalxması, həm də enməsi anlarında da gəlir əldə etmək mümkündür.

CFD Əməliyyatları ilə Forex Bazarında Necə Gəlir Əldə Etmək Olar?

Forex bazarı en inkişaf etmiş infrastruktur və texnologiyalarından istifadə etdiyi üçün həftə içi 5 gün, 24 saat ərzində rahatlıqla əməliyyat yerinə yetirmək mümkündür. Bazardakı dəyişiliklər anbaan təqib edilməkdə və yaranacaq hər bir investisiya imkanında anında alış-satış əməliyyatları yerinə yetirilməkdədir.

Məsələn, DAX – dan 100 ədəd Daimler (Mercedes) səhmini almaq əvəzinə, 10 ədəd səhmin dəyəri qədər investisiya qoymaqla 100 ədəd Daimler səhminə sahib ola və onların gəlirini əldə edə bilərsiniz. Ya da ki, bunun əksinə olaraq, Daimler səhminin bazar dəyərinin düşəcəyini təxmin edirsinizsə, bu istiqamətdə investisiya qoyub, 100 ədəd səhmə uyğun enişi gəlir olaraq qeyd edə bilərsiniz.

Categories: Səhmlər
InvestAZ:
Related Post