X

Ferrari ilə necə qazana bilərəm?

ferrari

Hər bir modeli ayrı-ayrılıqda bəyəndiyimiz və hamımızın xəyal etdiyimiz Ferrari, birja və şirkət balansının göstəriciləri ilə də heyran etməkdədir. Bu istiqamətə Ferrari səhmlərinin necə alınacağı suallarına cavab tapacağıq.
Çoxumuzun qırmızı rəngi sevməsinin səbəbi olan Ferrari, 2015-ci ildə birjaya girəndə eyni sevinci yaratdı. Səhmləri böyük maraqla qarşılandı və eyni gün dəyər qazanmağa başladı. Təklif günü investorlarına 893 milyon dollar qazandıran Ferrari səhmləri, sürətli bir giriş ilə tarixə damğasını vurdu. İndi Nyu-York və İtalyan Birjasının ən sürətli səhmlərindən biri olaraq yoluna davam edir.

Ferrari şirkəti haqqında ümumi məlumat

Tam bir uğur hekayəsi yazan Ferrari’nin yaradıcısı Enzo Ferrari’dir. O, dünyanın ən sürətli avtomobil markalarından birini yaratdı. Çox çətin bir gənclik yaşayan Enzo Ferrari, bütün çətinliklərlə dəfələrlə qarşılaşdıqdan sonra demək olar ki, zirvədəki mövqeyini möhkəmləndirdi. 18 fevral 1898-ci ildə İtaliyanın Modena şəhərində anadan olan Enzo Ferrari, Birinci Dünya Müharibəsində atasını və qardaşını itirib. 18 yaşında ailəsini maddi təmin etməli olan Enzo fiziki qüsuru səbəbilə müraciət etdiyi hər işdən rədd cavabı almışdır. Bundan sonra hərbi xidmətə çağırılmış, burada da başqa bir xəstəliyə düçar olaraq 2 il sonra evinə qayıtmışdır. Müharibədən sonra ölkə iqtisadiyyatı çox pis vəziyyətıə düşmüşr və işsizlik ən yüksək həddə çatmışdır. Bu vaxt Enzo bir avtomobil fabrikində işçi olaraq işə başladı. Həmişə bir yarış sürücüsü olmağı və hər kəsi keçə biləcəyi qədər sürətli maşın istehsal etməyi xəyal edirdi. Bu səbəbdən də avtomobil sektorundan kənar bir iş axtarmırdı. Bu məqsədlə iş axtararkən bir müddət sonra Vespa üçün test sürücüləri hazırlamağa başladı. O dövrdə kəşf olunan Enzo, 1920-ci ildə Alfa Romeo-da bir yarış sürücüsü olaraq işə başladı.
1920-1932-ci illər arasında Alfa Romeo ilə yarışlara qatılan Enzo Ferrari cəsarətli hərəkətləri ilə hər kəsin diqqətini çəkdi və çox qələbə qazandı. Oğlu Dino doğulana qədər yarışan Enzo, daha sonra yarışlarla vidalaşdı. Ancaq Alfa Romeo onu buraxmaq istəmədi və ona markanın idman direktoru olmasını təklif etdi. Enzo rəhbərliyi altında yarışan komanda bütün yarışlarda birinci yeri qazandı.
Bir müddət sonra Enzo Ferrari direktorluqdan da ayrıldı və Modenada xəyalları istiqamətində kiçik bir emalatxana qurdu. İlk məqsədi özü üçün bir avtomobil dizayn etmək olsa da, İkinci Dünya Müharibəsinin başlanması bunun qarşısını aldı. Avtomobilini tamamlamadan əvvəl, emalatxananın yerləşdiyi yer və şəhər bombalandı və Enzo Maranelloya köçməli oldu. Daha sonra burada sıfırdan bir emalatxana qurdu.
İllərcə Alfa Romeo-da qazandığı təcrübədən istifadə edərək Maranelloda qurduğu atelyedə ilk avtomobili hazırladı. 1946-cı ildə adını daşıyan ilk avtomobil hazır oldu və Ferrari markası quruldu.
Şirkətin yüksəlişi Ferrari 250 və 250G modelləri ilə oldu. 1950-ci illərdə Ferrari avtomobil dünyasının zirvəsində oturmağı bacardı. Qısa müddətdə böyük bir uğur qazanan şirkət, 1951-ci ildə 14 yarış qazandı. Le Mans qələbəsi 1960-1965-ci illər arasında ardıcıl 6 il ərzində əldə edildi. Oğlu Dino Ferrari’nin ölümü ilə məhv olan Enzo, imperatorluğun ən həvəsli illərində tənəzzül dövrünə qədəm qoydu.
Enzo Ferrari, şirkətin qızıl dövründə qarşılaşdığı maddi çətinliklərin öhdəsindən gələ bilməyib, 1969-cu ildə şirkətin səhmlərinin yarısını Fiata satdı. Digər tərəfdən Fiat, səhm almağa davam etdi və 1988-ci ildə yüzdə 90ını satın aldı. Ferrari, Fiat rəhbərliyi altında bir avtomobil nəhəngi oldu.
1988-ci ildə xüsusi olaraq Ferrari’nin 40 illiyi üçün istehsal olunan F40 modeli, Enzo Ferrari’nin ən sevimli modeli oldu. Ancaq bir il sonra vəfat etdi və şirkətin ən cazibədar vaxtlarını görə bilmədi. F40-ın ilk sahibi dünya tarixinin ən böyük oyunçularından biri olan Diego Maradona idi.
Ferrari tarixinin 40-cı ildönümü, sözün əsl mənasında şirkətin yenidən doğulmasına səbəb oldu. Fiat’ın təsiri ilə uğur üzərinə uğur əldə edildi və hər biri əfsanə olan modellər yaradıldı. Formula 1 yarışlarında qazandığı uğurlardan tutmuş təsirli modellərə qədər hər incə detal şirkətin zirvədəki mövqeyini gücləndirdi.

2015-ci ilin fevralında Fiat-ın baş icraçı direktoru Sergio Marchionne Ferrari səhmlərinin təklif olunacağını açıqladı. “Ferrari üçün səhm təklif etmək çətin deyil” dedi Marchionne. Düşünürəm ki, kütləvi təklif qısa müddət alacaq. “Ferrari səhmlərini insanlara səhər yeməyindən əvvəl də sata bilərsiniz” dedi.

Ferrari səhmini necə almaq olar?

Əgər bir Ferrari pərəstişkarısınızsa və bir model almaq üçün kifayət qədər pulunuz yoxdursa, səhmlərə investisiya qoyaraq ortaq ola bilərsiniz. Üstəlik, indiki zamanda bunu çox asanlıqla, internet üzərindən edə bilərsiniz.
Ferrari səhmləri eynilə Formula 1 kimi sürətlə hərəkət etdi. Təkcə ilk gün investorlarına 839 milyon dollar gəlir təmin etdi. 52 dollardan açılan səhmlər 61 dollara yüksəldi və günü 55 dollardan bağladı. Ticarətə başladığı ildə ən yüksək 56,89 dollara, ən aşağı 39,76 dollara çatdı.
Hal-hazırda 185 dollara ticarət edilən səhmlərə yatırım edərək gəlir əldə edə bilərsiniz. Ölkəmizdə bu istiqamətdə fəaliyyətini inkişaf etdirən InvestAZ investisiya şirkəti artıq dünyanın bir çox məşhur şirkət səhmlərini investorlara təqdim etməkdədir. Həmçinin, Ferrari səhmlərinə də yatırım imkanı təqdim edən şirkət, bu yöndə investorlara dəstək olmağa hazırdır.

Categories: Səhmlər
InvestAZ:
Related Post