X

Foreks oyundur yoxsa ticarət?

foreks oyundur?

Foreksin digər maliyyə bazarları ilə müqayisədə fərqli bir quruluşa sahib olması fərqli fikirlərin yayılmasına səbəb olur. Adi bazar qavrayışı ilə Foreksin quruluşu üst-üstə düşmədiyi üçün bu cür fikirlərin ortaya çıxması olduqca normaldır. Foreks haqqında məlumatınız olduqca bu düşüncələriniz dəyişməyə başlayacaq. İlk baxışdan Foreksin bir oyun kimi görünməsi düşüncəsi kiçik araşdırmalardan sonra dəyişəcəkdir.
Qlobal bir bazar olan Foreks bazarında əməliyyatlar internet üzərindən sürətli bir şəkildə edilməkdədir. Digər birjadan fərqli olaraq burada qiymətlər anlıq olaraq dəyişir. Bu vəziyyət isə Foreksi bir oyun kimi qəbul edilməsinə səbəb olur. Əgər forex bazarında belə bir düşüncə ilə əməliyyat etməyə başlasanız, burada uğursuz olmağınız son dərəcə normaldır.
İndi Foreksin bir oyun yoxsa ticarət olub olmadığını daha yaxşı başa düşməyə kömək edəcək əsaslara nəzər salaq:

Foreks oyundur?

Foreks alqı-satqı əməliyyatlarının aparıldığı bir bazardır. Bunu bir oyun olaraq düşünmək son dərəcə səhvdir. Dünyadakı ən böyük bazar olduğundan, digər bazarlara bənzəmir. Foreks bazarında dünyanın hər yerindən ticarət edilməkdədir və buna görə digər bazarlara nisbətən daha böyük ticarət həcminə malikdir.
Burada dünyanın hər yerindən olan treyderlər bir araya gəlirlər. Siz bu ölkədə əməliyyat edərkən, dünyanın digər ucundakı treyder ilə eyni bazarda olursunuz. Bu vəziyyət isə yüksək bir axışın meydana gəlməsinə səbəb olur və daha qısa müddətdə əməliyyatlarınız reallaşır.
Fiziki alqı-satqı əməliyyatının olmaması Foreksin oyun kimi qəbul edilməsinə də səbəb ola bilər. Burada düşünməniz lazım olan isə budur;
Bir investisiya alətinə fiziki sahib olmaq, qazanc gətirəcək demək deyildir. Eyni zamanda əlinizdə fiziki olaraq olan investisiya aləti bir çox səbəbə bağlı olaraq korlana, köhnələ və qiymət xüsusiyyətlərini itirə bilər. Buna görə də qazanc əldə edim arzu edərkən, zərər edə bilərsiniz.
Əməliyyat xüsusiyyətləri ilə bəzilərinə Foreks bir şans oyunu kimi görünür. Amma bu yanlış bir düşüncədir. Çünki, bu bazarda uğurlu olmaq texniki və fundamental analizlərə, fərqli strategiyalara dayanır.
Foreks – bir ölkənin valyutasının başqa bir ölkənin valyutasına qarşı dəyəri və iki qiymət arasındakı fərqdən mənfəət əldə edildiyi bazardır. Foreks bazarında valyutalar, əmtəələr, birja indeksləri və s. əməliyyat görməkdədir. Bu investisiya alətlərinin qiymətindəki dəyişiklikləri təhlil və proqnozlaşdırmaq olar. Bu proqnozlar çərçivəsində ticarət əməliyyatlarınızı həyata keçirirsiniz.
Foreksdə bazarı analiz etmədən, investisiya vasitəsinin hansı istiqamətdə irəliləyəcəyini bilə bilməz və təbii olaraq doğru mövqeyi ala bilməzsiniz. Qiymət qrafiklərini, texniki analiz vasitələri ilə araşdırar və trend doğru istiqamətdə təyin etdikdən sonra əməliyyat edərsiniz. Gözləntiniz reallaşdıqda, siz də qazanc əldə edəcəksiniz. Şans oyunlarında isə uğur qazanmağınız tamamilə şansdan asılıdır. Bir sözlə, Foreks bazarı şans oyunu deyil və burada qazanc əldə etmək məlumatlardan, düzgün analizdən asılıdır.
Foreks bazarında ticarət reallığı onun oyun məntiqinin xaricinə çıxması deməkdir. Əməliyyatları bir bazar olaraq düşünə bilərsiniz. Çünki pulunuzla bir məhsul və ya valyuta almaq və satmaq hüququnuz var. Məsələn; Bazardan 1 kilo pomidoru 1 manata alıb, 3 manata başqa şəxsə satsanız qazanc əldə edəcəksiniz. Eyni məntiqi Foreks bazarında tətbiq edirsiniz. Bu isə bir oyun deyil, kommersiya əməliyyatdır. Foreks bazarında aldığınız və satdığınız ticarət vasitələri; valyutalar, enerji və qida məhsulları, fond indeksləri və s.-dir. Valyuta müxtəlifliyi baxımından ən zəngin bazar Foreks bazarıdır. Çünki qlobaldır və dünyanın demək olar ki, hər bir ölkəsinin valyutaları ticarət olunur.

Foreksə yatırım bizə hansı üstünlüklər verir?

Digər bazarlarla müqayisədə fərqli bir quruluşa sahib olan Foreksə investisiya etməyin bir sıra üstünlükləri var. Qlobal bir bazar olduğundan, bu bazar həftənin 5 günü 24 saat ticarət üçün açıqdır. İnternet üzərindən edilən əməliyyatlar sayəsində istənilən yerdə və istənilən vaxt investisiya edə bilərsiniz. Ağıllı telefonlarınıza yükləyə biləcəyiniz əməliyyat platformaları sayəsində internet əlaqəniz olduğu müddətcə al – sat əməliyyatlarınızı reallaşdıra bilərsiniz.
Foreks bazarının ticarət xüsusiyyətlərinə görə digər bazarlara nisbətən daha sərfəli bir yer olduğunu söyləyə bilərik. Burada vəsaitlərinizi daha sərfəli şərtlərdə dəyərləndirə və qısa müddətdə yaxşı qazanc əldə edə bilərsiniz. Bu bazarın üstünlüklərindən biri də cüt istiqamətli əməliyyat imkanıdır. Belə ki, yatırım alətinin qiyməti yalnız yüksələrkən deyil, düşərkən də sizə qazanc gətirə bilər.
Foreks ticarətinə başlamazdan əvvəl bir qədər təlim keçməlisiniz. Bu təlimləri pulsuz əldə edə bilərsiniz. Təlimlər sayəsində qısa müddət ərzində forex bazarı ilə tanış ola və sərfəli əməliyyatlar edə bilərsiniz. Demo hesablarının köməyi ilə Foreks bazarının ticarət məntiqini başa düşə, bir oyun olub olmadığını və pul qazanmağa necə davam edəcəyinizi təyin edə bilərsiniz. Foreks demo hesabı üçün bura daxil olun.

Categories: Forex Məqalələr
InvestAZ:
Related Post