X

FOREX bazarı haqda maraqlı faktlar

  1. Çox adam bilmir ki, FOREX ticarəti qədim dövrlərə gedib çıxır. İlk valyuta əməliyyatlarına Talmud yazılarında (təqribən 2-ci əsr)rast gəlinib. Hətta o dövrdə xidmətlərinə görə komissiya alaraq başqalarına valyutalarını dəyişməyə kömək edən insanlar var idi.
  2. GBP/USD valyuta cütlüyünün FOREX bazarında “Kabel” kimi tanındığını bilirdinizmi? Cütlüyün “Kabel” adlandırılmasının səbəbi, peyklər və fiber optiklərin meydana çıxmasından əvvəl London və Nyu-York birjalarının Atlantik okeanının altından çəkilən nəhəng polad kabel vasitəsilə bağlanmasıdır.
  3. FOREX-lə bağlı digər maraqlı fakt treyderlərin kateqoriyalara bölünməsidir. Treyderlər “öküz”lərə – optimist olan və bazarın yüksələcəyinə inananlara və bazar göstəricilərinin düşəcəyini gözləyərək “ayılara” bölünür. Bu adlar öküzün yuxarı, ayının isə aşağı zərbə endirməsi faktından götürülüb.
  4. FOREX bazarlarında ticarətin həcmi gündə 5 trilyon dollardan çox təşkil edir ki, bu da Nyu-York Fond Birjasındakı həcmdən xeyli çoxdur. Həmçinin, ən çox alınıb-satılan valyuta bütün FOREX ticarətlərinin təxminən 80%-ni əhatə edən ABŞ dollarıdır.
  5. FOREX ticarətinin təxminən 90%-i spekulyativ ticarətdir.
  6. Valyutaların dərhal mübadiləsi spot ticarət adlanır, çünki mübadilə “yerində” baş verir.
  7. FOREX ticarəti bir vaxtlar yalnız ən azı 40 milyon dollardan 60 milyon dollara qədər likvid fondu olan banklar və təşkilatlar üçün mümkün idi. Bu gün daha az məbləğə sahib olan insanlar belə FOREX ticarəti ilə məşğul ola bilərlər.
  8. Pip – FOREX ticarətində çox istifadə olunan bir termindir, valyutanın dəyərində tamdan sonrakı beşinci rəqəmə istinad edir. Beləliklə, avronun 1,17224 olduğunu desək, 4 pip dəyəridir.
  9. Əminəm ki, insanların əksəriyyəti ABŞ-ın FOREX ticarətinin mərkəzi olduğunu düşünür, çünki maksimum əməliyyatlar ABŞ dolları ilə aparılır. Bu doğru deyil. Reallıqda bütün FOREX əməliyyatlarının 41%-i Böyük Britaniyada, yalnız 19%-i ABŞ-da baş verir. Beləliklə, London Fond Birjası FOREX sövdələşmələri üçün ticarət mərkəzidir.
  10. İnternet FOREX ticarətində inqilab etdi. FOREX əməliyyatlarının əksəriyyəti mübadilə məntəqələrində deyil, onlayn olaraq həyata keçirilir.
Categories: Forex Məqalələr
InvestAZ:
Related Post