X

FOREX bazarında məlumatlar necə izlənilir?

FOREX bazarında məlumatlar necə izlənilir?

Bütün maliyyə bazarlarında olduğu kimi FOREX bazarında da gündəlik məlumatları izləmək önəmlidir. Gündəlik baş verən xəbərləri nə qədər yaxşı təqib etsəniz və baş verən dəyişikliklərin bazara təsirini nə dərəcədə doğru analiz edə bilsəniz, icra edəcəyiniz ticarət əməliyyatları da bir o qədər uğurlu olacaq.

İnformasiya texnologiyalarının inkişafı ilə birlikdə dünyanın dörd bir tərəfindəki müsbət və mənfi hər cür inkişafı, ani olaraq, yerimizdən tərpənmədən, rahatlıqla izləyə bilirik. Bu xəbərlərin bazar iştirakçısına faydası, maliyyə alətlərinin qiymətlərinin hansı istiqamətə dəyişəcəyini anlamasına yardımçı olmasıdır. Bazarlarda, ölkə və müxtəlif sahələrdə cərəyan edən prosesləri diqqətlə oxuyan hər bir uğurlu bazar iştirakçısının sirri mütəxəssislər tərəfindən hazırlanan analiz və proqnozları izləməkdir

Tələb və Təklif nisbətlərini araşdırın.

Hər bir bazar iştirakçısının yaxşı bildiyi bir aksioma var: Bazarlarda qiymət tələb və təklif əsasında formalaşır. Qiymətlər enərkən təklif əsasında baş verən yüksəliş, tələbin az olması vəziyyətində də qiymətlərdə artım yarada bilər. Makroiqtisadi göstəricilərin mənfi olduğu dövrlərdə, siyasi qeyri-sabitlik və ya oxşar səbəblərlə bu göstəricilərdə mənfi proseslər gözlənildikdə, daxili bazarlarda xarici pul vahidlərinə olan tələbatın artması və valyuta məzənnələrinin yüksəlməsi buna ən yaxşı nümunədir.

Hadisələrin eyni şəkildə inkişafı maliyyə alətlərinə fərqli təsir gəstərə bilər.

İqtisadi və ya siyası arenada yaşanan hər hansı bir hadisə, iki maliyyə alətinə fərqli formada təsir edə bilər. Nümunə: ABŞ tərəfindən inkişaf göstəricilərinə dair açıqlanan məlumatlar dolların bahalaşmasına yol açsa da, qızılın qiymətində ucuzlaşmaya səbəb ola bilər. Bu baxımdan bazar iştirakçılarının bazarı doğru analiz etməsi vacib şərtdir. Bir çox şirkətlərin təşkil etdiyi PULSUZ Başlanğıc seminarları Sizə bu sahədə peşəkarlaşmağınıza və sahə haqqında kifayət qədər məlumatlı olmağınıza kömək edə bilərlər.

Məlumatları haradan əldə edilir.

Gündəmin çox sürətlə dəyişdiyi günümüzdə hadisələr qarşısında nümayiş etdirilməsi lazım olan reaksiya müddəti də getdikcə azalır. Bu səbəbdən doğru ticarət qərarları almağınız üçün anında və düzgün məlumat almağınız əsas şərtdir. Araşdırmalarınızı doğru istiqamətdə aparmağınız və dünyada baş verən hadisələri anında izləmək üçün Sizə güclü analitika mütəxəssisləri olan şirkət lazımdır. InvestAZ şirkətinin mütəxəssisləri tərəfindən dərc olunan gündəlik, həftəlik və aylıq hesabatlar, Sizi dünyada baş verən hadisələrdən xəbərdar edəcək.

Doğru seçilmiş maliyyə aləti, doğru zaman da qazandırır.

Gündəlik hadisələri təqib etmək, doğru zamanda doğru qərar vermək deməkdir. Bazarlarda önəmli olan bir maliyyə alətinin dəyər qazanıb qazanmayacağını öncədən təyin edərək düzgün əməliyyat açmaqdır. Qiymətlər yüksəldikdən sonra həyata keçiriləcək əməliyyatlar gəlir gətirməklə yanaşı, zərər etməyinizə də səbəb ola bilər.

Categories: Forex
InvestAZ:
Related Post