X

FOREX bazarının üstünlükləri

Sizcə nəyə görə hər keçən gün daha çox insan FOREX bazarında ticarət etməyə başlayır? Əgər bu sualın cavabını dəqiq bilmirsinizsə demək ki, hələdə FOREX bazarının üstünlükləri ilə bağlı beyninizdə qaranlıq qalan suallarınız var. Bu qədər gəlirli investisiya fəaliyyəti olmaqla dünyaya səs salmış FOREX bazarında ticarət etməməklə nə itirdiyinizi bilirsinizmi? Təbii ki, gəlir əldə etmək imkanını. Ancaq FOREX bazarının sahib olduğu üstünlüklərlə yaxından tanış olduqda sonra bu bazarın niyə bu qədər sevildiyini və vəsaitləriniz üçün gəlirli bir fəaliyyət növü olduğunu anlayacaqsınız.

Yüksək ticarət həcmi

FOREX gündəlik ticarət həcmi 6 trilyon dollara yaxın olmaqla, bərabər həm də dünyanın ən böyük maliyyə bazarıdır. Manipulyasiya hallarına az rast gəlinməsi bu bazarın digər üstün cəhətlərindən biridir.

Aşağı yatırım məbləği, Daha çox Gəlir imkanı

Gəlir nisbətini 100 dəfəyə qədər artıra bilmə imkanı, FOREX bazarının ən çox diqqət çəkən üstünlüyüdür. Bunun səbəbi isə yüksək kredit çiyni dəstəyidir. FOREX maliyyə bazarında risk amilini olması bir çox bazar iştirakçılarının gözünü qorxutsa da müntəzəm olaraq analizlər edərək daha inamlı addımlar atmaqla, kiçik yatırım məbləğləri ilə belə böyük əməliyyatlar həyata keçirmək mümkündür.

Əlavə xərclər yoxdur

Digər maliyyə bazarları ilə müqayisədə, FOREX bazarında həyata keçirdiyiniz ticarət əməliyyatlarına görə broker şirkətinə hər hansı bir əlavə vəsait ödəmirsiniz. Çünki broker şirkətləri öz gəlirlərini spred, yəni alış və satış arasındakı qiymət fərqindən əldə edirlər. Beləliklə, FOREX bazarında ticarət etməyin, spred xaric əlavə bir xərci yoxdur.

Qiymətlər enərkən belə gəlir əldə etmək olar

FOREX-in bazar iştirakçılarına bəxş etdiyiniz digər bir üstünlük isə ticarət əməliyyatlarının iki istiqamətli aparılması imkanıdır. İstər valyuta cütlükləri, istərsə də əmtəələrlə ticarət zamanı qiymətin eniş etməsindən belə gəlir əldə edə bilərsiniz.

Həftənin 5 günü 24 saat aktivdir

FOREX maliyyə bazarı Sizə həftənin 5 günü 24 saat ticarət etmək imkanı verir. Bunun səbəbi müxtəlif ölkələr arasındakı saat fərqidir. Həftənin bazar günü Avstraliyada yerləşən Sidney birjası ilə açılan bazar, cümə günü Amerika bazarının bağlanmasına qədər davam edir ki, bu da həftə içi 5 gün 24 saat ticarət etmək deməkdir.

Tək ehtiyacınız olan İnternet bağlantısıdır

FOREX bazarında bütün əməliyyatlar internet vasitəsilə həyata keçirilir. Yəni ticarət etmək üçün heç bir məkan məhdudiyyəti yoxdur. İstər evdə, istər işdə, istərsə də səyahətdə olmağınızdan asılı olmayaraq internet bağlantısının olduğu hər yerdə ticarətinizi həyata keçirə bilərsiniz.

Categories: Forex
InvestAZ:
Related Post