X

FOREX haqqında doğru bilinən yanlışlar

FOREX haqqında doğru bilinən yanlışlar

Dünyanın ticarət həcminə və likvidliyinə görə ən böyük maliyyə bazarı olan FOREX, vəsaitlərinizi qısa bir müddətdə yüksək gəlirə çevirməyinizə imkan yaradır. Bu məlumat əlbəttə ki, doğrudur. Ancaq bu bazarda uğur qazanmaq üçün maliyyə bazarı haqqında biliklərə sahib olmaq, analizləri düzgün aparmaq və inamlı addımlarla ticarət etmək lazımdır. FOREX bazarı bir tərəfdən zərər etməkdən çəkinən, digər tərəfdən bazarın cəlbediciliyinə heyran olmuş bazar iştirakçıları ilə dolu olsa da, bu bazarda gəlir əldə etməyin yeganə yolu bilik və təcrübədir.

FOREX bir şans oyunudur

Bu yanlış fikirdir. FOREX haqqındakı ən böyük yanlış fikirlərdən biri də onun bir şans oyunu kimi qələmə verilməsidir. Bazarın iqtisadi faktorlara əsaslanması, ölkələrin iqtisadi göstəriciləri, gündəlik bazarda baş verən dəyişikliklərin olması bu bazarın heç də bir şans oyunu olmamasına işarədir. Bu bazardan gəlirlə ayırlmağınız şansa deyil, baş verənləri düzgün analiz etməyinizə bağlıdır.

Qısamüddətli düşünərək Ticarət edə bilərəm

Yanlış fikirdir. Vaxtında hərəkət vermək, FOREX bazarı üçün xarakterik haldır. Ancaq vaxtında hərəkət etməklə, tələsmək arasında böyük fərq var. FOREX bazarında gəlir əldə etməyin açarı, inamlı addımlarla ticarət etmək və uzunmüddətli düşünməkdir.

Aşağı xərclər ticarət etməyi təklif edən şirkətlə əməkdaşlıq etmək

Yanlış fikirdir. FOREX bazarında ticarətinizi hansı broker şirkətinin vasitəsilə həyata keçirəcəyiniz çox önəmlidir. Aşağı xərclərlə ticarət təklif edən şirkət əvəzinə, tam spektr üzrə xidmət təklif edən, QKDK lisenziyasına sahib broker şirkətlərinə üstünlük verməyiniz tövsiyyə olunur. Belə olduğu olanda broker şirkəti Sizə dəstək olacaq, doğru analizlərlə vəsaitlərinizi effektiv idarə etməyinizə yol göstərəcək, təqdim etdiyi tədris proqramları ilə özünüzü inkişaf etdirməyə və bazarda inamlı ticarət etməyinizə yardım edəcək.

Bazarda baş verə biləcək dəyişiklikləri təxmin edə bilərəm

Yanlış fikirdir. FOREX bazarı şəxsi hisslərdən çox, dəqiq faktlara əsaslanır və əməliyyat açmazdan əvvəl ilk diqqət etməli olduğunuz məlumatlar makroiqtisadi göstəricilərdir. Xarici ticarət hesabatları, idxal – ixrac, işsizlik və məşğulluq göstəriciləri kimi məlumatları özündə əks etdirən iqtisadi təqvimləri diqqətli şəkildə incələməli və bu məlumatlar əsasında strategiya formalaşdırmalısınız.

Yüksək kredit çiyni dəstəyi, yüksək gəlir gətirir

Bu fikir müəyyən mənada doğru səslənsə də, əslində FOREX bazarının niyə riskli sahə kimi qəbul edilməsinə də bir o qədər təkan verir. Kredit çiyni dəstəyi yüksəkdirsə, əldə edəcəyiniz gəlir daha da yüksək olacağı doğrudur. Ancaq bu eyni zamanda zərər kimi də geri dönə bilər. Buna görə də diqqətli ticarət etməyiniz və kredit çiynini mərhələli şəkildə artırmağınız leyhinizə olacaqdır.

Gündəlik məlumatları izləyərək maliyyə alətini seçə bilərəm

Yanlış fikirdir. FOREX bazarında ticarət edərkən ilk öncə yatırım edəcəyiniz əmtəə və ya valyuta cütlüyünü seçməli və bundan sonra iqtisadi xəbərləri incələməlisiniz.

Categories: Forex
InvestAZ:
Related Post