X

Fürsətləri uğura necə çevirə bilərəm?

Fürsətləri uğura necə çevirə bilərəm?

İnsanların həyatdakı ən böyük məqsədlərindən biri uğur qazanmaq və ətrafındakı insanlara da faydalı olmaqdır. Bunu edə bilmək üçün isə həm işgüzar həyatınızda, həm də şəxsi həyatınızda qarşınıza bir çox seçimlər çıxacaq. Bir işin uğurlu yerinə yetirilməsi üçün lazım olan əlverişli mühit yaranarsa onu bir fürsət olaraq dəyərləndirə bilərik. Ona görə də fürsətləri tam vaxtında görməyi bacarmalıyıq, çünki gündəlik həyatınızda etdiyiniz seçimləriniz və sizi yeni uğurlara aparacaq fürsətlər bir – birindən fərqlidir.

“Fürsətləri tapa bilmək üçün isə ilk öncə onları axtarmağa başlamalıyıq.“

Qarşınıza çıxan bir çox maneələr daha uğurlu olmaq üçün bir fürsət ola bilər

Gündəlik həyatınızda qarşınıza çıxan maneələr motivasiyadan düşməyinizə səbəb ola bilər. Məsələn, İdmana yeni başlayarkən özünüzü çox gücsüz hiss etməyinizi, işdəki ilk gününüzdə hər bir detalın sizin üçün həddindən artıq qarışıq olmağını bu maneələrə misal göstərə bilərik.
Buna görə də bir çox hallarda fürsətlər və problemləri bir birindən fərqləndirmək çətinləşir.
Qarşınıza çıxan imkanları dəyərləndirmək üçün yeniliklərə hər zaman açıq olmalısınız. Bir çox hallarda insanlar yeniliklərin heç bir addım atmadan, oturduqları yerdən gəlməsini gözləyirlər.
Əgər həyatınızı dəyişəcək bir yenilik, bir uğur axtarışındasınızsa mütləq addım atmalısınız. Bu addımdan sonra qarşınıza maneələr, problemlər çıxa bilər. Ancaq təcrübə, iradə, məsuliyyət və istək bu maneələri aşmaq üçün sizin ən yaxşı “silahınız” olacaq.
Bununla bərabər yeniliklərə açıq olan insanlar komfort zonasından çıxmağı bacaran insanlardır. “Komfort zonası” özünüzü xarici təsirlərdən uzaqda və rahat hiss etdiyiniz, şəxsi qaydalarınızın olduğu “gözəgörünməz bölgəni” ifadə edir.
Gedəcəyiniz yolda qarşınıza çıxan maneələrdən uğurla çıxmaq üçün komfort zonanızdan uzaqlaşmalı və “böyük rəsmə” baxmağı bacarmalısınız. Bu addımı atmaq yeni hədəflərinizi müəyyən etmək üçün sizi cəsarətləndirəcək.

“Bəlkə də, kiçik dənizdəki böyük balıqsınız xəbəriniz yoxdur.”

Bir sözlə əgər fürsətləri dəyərləndirmək və məqsədlərinizə nail olmaq istəyirsinizsə o zaman motivasiyadan düşmədən maneələrin həll yollarını axtarmalısınız. Bunun üçün də özünüzə hədəflər müəyyən edərək onları yerinə yetirməyə çalışmalı və özünüzü hansı sahədə inkşaf etdirmək istəyirsinizsə o sahə ilə bağlı çətin situasiyalara hazır olmalısınız.
Hər bir iş sahəsinin özünəməxsus imkanları vardır. Fürsətlərin ən çox olduğu sahələrə misal olaraq yatırım dünyasını göstərə bilərik. Belə ki bu sahənin ən vacib xüsusiyyəti dünyada baş verən iqtisadi, siyasi dəyişmələrin hər biri yeni imkanların başlanğıc nöqtəsidir.
Bu imkanları dəyərləndirmək üçün isə hər bir sahədə olduğu kimi sizə lazım olan məlumatları öncədən bilməyiniz önəmlidir. Yatırıma başlamaq, gəlir fürsətlərini dəyərləndirmək və bu bazarda uğurlu olmaq üçün bu addımları atmaq sizə fayda verə bilər:

  • Analiz metodlarını öyrənərək daha uğurlu ticarət edin;
  • İqtisadi göstəriciləri doğru dəyərləndirərək yararlanın;
  • Mütəxəssislərin köməyindən istifadə edin;
  • Biliklərinizi praktiki təcrübəyə çevirmək üçün təlim hesablarında ticarət edin;

Beləliklə özünüzü inkişaf etdirərək yalnız yatırımda deyil digər bütün sahələrdə də qarşınıza çıxan fürsətləri dəyərləndirə biləcəksiniz.

Categories: Məqalələr
InvestAZ:
Related Post