X

Gənclər üçün qənaət etməyin və pul qazanmağın yolları

forex trader

Yetkin dövrünə keçidlə birlikdə pul xərcləmək və pul qazanmaq hissi də bir anda açılmağa başlayır. Birdən, daha çox pula ehtiyacımız olduğunun fərqinə varırsınız. İstər kompüter, istər maşın və ya ən son çıxan telefon modeli olsun, gəncin hər zaman diqqətini çəkən və sahib olmaq istədiyi bir çox şeylər var. Ancaq bunun üçün lazım olan pul haradan tapmaq olar sualının cavabı qənaət etmək və xərcləmək vərdişinizdir.

100 dolların üzərində əks olunan Benjamin Franklinin dediyi “qənaət edilən bir sent, qazanılmış bir sentdir” sözündən çoxda uzun zaman keçməmişdir. Almaq istədiyimiz bahalı bir əşyaya fokuslanıb qənaət etdiyimiz zaman, əslində ehtiyacımızın olmadığı kiçik və lazımsız şeyləyə pul xərcləmədiyimizin şahidi oluruq. Az-az qənaət edilən pullar, ilk baxışdan kiçik bir yatırım kimi görünsə də, hədəfinizin sonunda böyük bir rəqəmə çevrilir.

Nələrə diqqət etməlisiniz?

Borclanmadan uzaq durun. Kredit kartlarından istifadə etməyin. Büdcənizi üstələyn şeylərə sahib olmaq fikri gözəl olsa da, sonradan əlavə stress və ödəmə sıxıntıları kimi hisslərə sürükləyə bilərsiniz. Alış veriş edərkən özünüzə bu sualı verin: Alacağım əşya praktikdirmi? Bir il sonra bunu yenə də istifadə edə biləcəm? Bu əşyasız keçinmək olarmı? İmkanınız varsa bir müddət gözləyin. Tələskənliklə edilmiş alış-verişlər sonda peşmançılığa yol açır. Alacağınız əşyanın endirimə düşməsini gözləyin. Bahalı əşya aldığınız zaman internetdə və ya digər mağazalarda olan qiymətləri müqayisə edin. İkinci əl əşya almaqdan çəkinməyin. Portmanatınıza çox pul qoymayın. Bankda depozit hesabı açın və ya evinizdə etibarlı bir yerdə saxlayın. Üstünüzdə daha çox pul olmasa, daha çox da xərcləyə bilməyəcəksiniz.

Pul qazanmağın yolları

1. Bacarıqlarınızdan istifadə edin

Bacarıqlarınızdan istifadə edin və onları gəlirə çevirin. Hər hansı bir musiqi alətində ifa etməyi bacarırsınız? O zaman bu istiqamətdə inkişaf etmək istəyən birinə dərs keçin. Dayəliyi bacarırsınız? PHP və ya HTML proqramlaşdırma dillərini bilirsiniz? Bacarığınızın hansı istiqamətdə olmasından asılı olmayaraq özünüzü ruhlandırın.

2. Təcrübə keçin

İstər ödənişli, istərsə də ödənişsiz olsun təcrübə keçərək bacarığınızı təkmilləşdirin. Bu Sizə gələcək iş görüşmələrində xeyli kömək olacaq, işinizi asanlaşdıracaq.

3. Yarışmalarda iştirak edin

Diqqətinizi çəkən istənilən sahədə olan yarışmalara qatılın. Yarışmada qazanacağınız mükafat həm özünüzü təsdiq etməyə kömək edəcək həm də, növbəti yarışmalara qatılaraq özünüzü təkmilləşdirməyə stimul yaradacaq.

Categories: Məqalələr
InvestAZ:
Related Post