X

Hal-hazırda hansı kriptovalyuta daha gəlirlidir?

Hal-hazırda hansı kriptovalyuta daha gəlirlidir

Son zamanların trend mövzusu olan kriptovalyutalar arasında hansıların daha çox gəlirli olması, bir çoxlarını maraqlandıran mövzulardandır. Bunun üçün InvestAZ şirkətinin araşdırma qrupu bazarlarda ilk 7 ən çox gəlirli valyutalar siyahısını hazırlayıb.

Son müddət “Bitcoin” kimi önəmli kripto valyutaların qiymətlərində müşahidə edilən yüksək volatillik, ümumilikdə kriptovalyutalara olan marağın artmasına səbəb olur. Təkcə, “Bitcoin” son bir ay ərzində 42% ucuzlaşmışdır.

Kriptovalyutalar rəqəmsal ödəniş vasitəsidir. Burada söhbət kripto qrafik prinsiplərdən istifadə edilərək, paylanmış, mərkəzsizləşdirilmiş və təhlükəsiz rəqəmsal ödəniş sisteminin yaradılmsından gedir.

Mövzu ilə bağlı detaylara toxunmamışdan öncə araşdırmanın kripto valyutaların ticarət olunduğu 400 bazarın əsasında aparıldığı vurğulanmalıdır. Bu bazarlarda ən çox gəlirli 7 valyuta isə qiymətlər arasındakı volatillik səviyyələri əsasında müəyyən edilmişdir.

Bazarlarda son 7 günün nəticələrinə əsasən, ticarət aktivliyi yüksək olan ilk 7 valyuta aşağıdakılardır:

  1. “RussiaCoin” – (+402%)
  2. “SmartCash” – (+216%)
  3. “Particl” – (+119%)
  4. “Emercoin” – (+117%)
  5. “Byteball Bytes” – (+82%)
  6. “Bitcore” – (+73%)
  7. “MinexCoin” – (+52%)

Burada onu da nəzərə almaq lazımdır ki, volatillik səviyyəsi ticarət olunan bazar həcmindən aslıdır. Belə ki, yüksək volatilliyi ilə seçilən bazarlarda ticarət həcmi də kiçik olur. Məsələn, hal-hazırda dünyada ticarət dövriyyəsinə görə ən böyük olan bazarda, “Bitcoin” bazarında bir həftəlik volatillik 30%-a bərabərdir.

Bununla yanaşı, sıyahının hazırlanması zamanı, müsbət istiqamətli volatillik nəzərə alınıb, çünki sözügedən bazarlarda – foreksdən fərqli olaraq – ancaq qiymət artımından faydalanmaq olur.

Categories: Kriptovalyutalar
InvestAZ:
Related Post