X

Hansı ticarət əmri nə zaman istifadə olunmalıdır

forex yatırımcı

İnternet bankinq istifadə etmək FOREX ticarət terminallarındakı əmrləri anlamaq üçün başlanğıc səviyyə hesab olunur. Əgər internet bankinq xidmətindən istifadə edirsinizsə, o zaman orada qazandığınız təcrübə sayəsində ticarət terminalında ilk addımlarınızı asanlıqla ata biləcəksiniz. Necə ki, internet bankinq xidmətində avtomatik hesab faktura, sığorta, kreditin ödənilməsini əməliyyatlarını həyata keçirirsiniz, eləcə də ticarət terminalında da müəyyən etdiyiniz nöqtələrdə almaq, satmaq, saxlamaq və ya icra etmək əməliyyatlarını icra edə bilərsiniz. Hətta müəyyən bir limitdən sonra gəlir əldə etmək və ya zərərinizi saxlamaq kimi əməliyyatları sadəcə bir ticarət əmri vasitəsilə həyata keçirməyiniz mümkündür. Bu ticarət əmrlərinin texniki analiz və strategiyalar ilə birləşdirməklə mükəmməl nəticələr əldə edə bilərsiniz.

Take Profit / Stop Loss

Bu ticarət əmrlərini qısa olaraq TP və SL əmrləri adlandırırlar. TP ticarət əmri qiymətin müəyyən bir səviyyəyə gəldiyi zaman açıq əməliyyatları bağlamaq məqsədi ilə istifadə olunur. SL ticarət əmri isə yarana biləcək zərər vəziyyətində, qiymət göstərilən səviyyəyə gəldiyində əməliyyat avtomatik olaraq bağlanır və daha çox zərərin əmələ gəlməsinin qarşısını alır.

Sell Stop / Buy Stop

Sell Stop, bazar qiymətinin altındakı qiymət səviyyəsindən satış əməliyyatına girməyə imkan verən bir ticarət əmridir. Aşağı qiymətdən satış etmək məntiqli olmasa da, bazar iştirakçısı qiymətin texniki olaraq qiymətin düşəcəyini ehtimal edərək “Sell Stop” əmrlərini istifadə edə bilər. Buy Stop ticarət əmri isə bazar qiymətinin üzərindəki qiymət səviyyəsidən alış əməliyyatına girməyə imkan verən ticarət əmridir. Yuxarı qiymətdən alış etmək məntiqli olmasa da, bazar iştirakçısı qiymətin texniki olaraq qiymətin qalxacağını ehtimal edərək “Buy Stop” əmrlərini istifadə edə bilər.

Buy Limit / Sell Limit

Hər bir bazar iştirakçısını arzusu ən aşağı qiymət səviyyəsindən alıb, ən yüksək qiymət səviyyəsinə çatdıqda isə satıb daha çox gəlir əldə etməkdir. FOREX bazarında ticarət terminalında bu əmrlərin adı Buy Limit / Sell Limit adlanır. Alış və ya satış əməliyyatlarında bazara ən aşağı qiymət səviyyəsindən girib ən yüksək qiymət səviyyəsində çıxmağı bu ticarət əmrləri vasitəsilə həyata keçirə bilərsiniz. Bundan əvvəl izah etdiyimiz Sell Stop / Buy Stop əmrləri əməliyyat bağlamaq üçün istifadə edilirdisə, Buy Limit / Sell Limit ticarət əmrləri əməliyyat açmaq üçün istifadə olunur.

Market Order

Anlıq bazar qiymətində verilən alış və ya satış əmrlərinə “Bazar Əmri” deyilir. Bazar əmri verildiyi an həyata keçirilən əmr alətidir. Bazar əmri verən bazar iştirakçısı seçdiyi maliyyə alətinin anlıq qiymətinə görə alış və ya satış əməliyyatları həyata keçirir. FOREX bazarında sözügedən ticarət əmrlərindəni yanlış istifadə risk səviyyəsinin artmasına gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün sahə üzrə mütəxəssislərlə məsləhətləşmək, biliklərinizi təkmilləşdirmək və təlim hesabında təcrübə toplamağınız vacibdir.

Categories: Məqalələr
InvestAZ:
Related Post