X

Kiçik İnvestor nə qədər cəsur olmalıdır?

Kiçik İnvestor

İnvestor deyiləndə ağıla ilk olaraq yüksək məbləğlərdə nağd pullara və çoxlu sərvətə sahib ola biləcək insanlar gəlir. Lakin gündəlik ehtiyaclarını qarşılayıb, təcrübələrini kiçik sərmayəyə çevirmək istəyən fərdlərin də investisiya etmək xəyalları var. “Çox pulu olan investor ola bilər” kimi səhv bir qavrayış, investor olmaq istəyən aşağı büdcəli sərmayə sahibini ümidsizliyə sala bilər. Lakin bu düşüncələrin əksinə olaraq, maliyyə bazarlarında iştirak edən birja, Forex kimi və s. investisiya vasitələri kiçik yatırımçı üçün əlverişlidir. Çünki bu investisiya vasitələrində, əmtəələrə investisiya edəcəksinizsə, fiziki olaraq o əmtəələrə sahib olmanızı tələb etməz, kiçik sərmayənin sahibisinizsə, böyük həcmli əməliyyatlar açmanıza imkan verir. Bu üstünlüklərin fikrində olan kiçik sərmayəçi, mövzu haqqında yetərli məlumata sahib olub, əlindəki kiçik sərmayəni böyüdərkən bir şeyi ağlından çıxarmamalıdır: Forex və birja bir ticarətdir və ticarətdə hər zaman risklər mövcuddur. Yaxşı kiçik İnvestor üçün investisiya vasitələrinin imkanlarını tanımaq və əməliyyatlarını cəsur bir şəkildə reallaşdırmaq yetərli ola bilərmi?

Cəsarətinizi itirməyiniz üçün səbəb olmasın

Maliyyə bazarlarda risk nisbəti hər zaman vardır. İnvestisiya miqdarı artdıqca, risk də artar məntiqini səhv anlayıb, aşağı məbləğlərdəki kapitalların hamısını qazanma həyəcanı ilə birtərəfli yatıran, iqtisadi məlumatları analiz etmədən gözü bağlı risk edən investor, maliyyə bazarlarından gözləntilərini bilməyəcəkdir. Əslində kiçik sərmayəçini yanlışlığa sövq edən ən böyük faktor duyğularıdır. Tək bir əməliyyatda sərmayənizi böyüdüb, böyük gəlirə çevirərək müvəffəqiyyət hekayəsi yazma xəyalı, təhlükə yaradan cəsarət duyğusuyla əməliyyat etmənizə səbəb olar. Forex kimi marjinal sistemlərdə, səhmlərin alınıb satılmasında və bunlara bənzər əməliyyatlarda bazarları oxumaq və duyğularınızı ola əməliyyat xaricində buraxmaq, sizlərə fayda verəcəkdir. Bu mənada əməliyyat etməyə başlamadan əvvəl bazar ilə əlaqədar yaxşı bir təhsil almaq, kredit çiynini doğru istifadə etməyi öyrənmək və bazar şərtləri daxilində əvvəl təcrübələr əldə etmək, riskinizi minimuma endirə bilər.

Tələsik davranmayın

Kiçik İnvestor, texnikaya söykənməyən yüksək cəsarət nisbətindən qorunmalıdır. Bunun qədər əhəmiyyətli olan bir başqa faktor, həyəcan duyğusudur. İnvestor, həyəcan duyğularını da nəzarət altına almalıdır. Birjada bir nümunə verəcək olsaq; kiçik investorlar, ani qiymət hərəkətlərinə soyuqqanlı reaksiyalar verə bilməzlərsə, hədəf qiyməti görə bilmədən satış edə bilərlər. Bu da onların heç xoşlanmayacağı bir vəziyyəti ortaya çıxardar. Kiçik investorların gün içindəki ani dalğalanmalara hazırlıqlı olması lazımdır. Nəticə olaraq; kiçik investor, investisiya edərkən qətiliklə tələsikçi davranmamalı və söz-söhbətlərlə hərəkət etməməlidir. Məlumatı olmadığı sahələrə investisiya etmək yerinə, maraq duyduğu investisiya vasitələri haqqında məlumat sahibi olub, risklərini öyrənərək sərmayələrini idarə eməyi bacarmalıdır .

Categories: Məqalələr
InvestAZ:
Related Post