X

Kriptovalyutaların başqa hansı üstünlükləri var?

Kriptovalyutaların başqa hansı üstünlükləri var?

Kriptovalyutaların qiymətlərində güclü bahalaşma və yüksək vollatillik artdıqca, sahəyə investisiya etmək istəyənlərin sualları arasında sahənin pro və kontra tərəfləri ilə bağlı sualların çəkisi artmaqdadır. Bugünkü yazıda bu iki fərqi müqayisə edəcəyik.

Bildiyiniz kimi kripto valyutaların qiymətlərində güclü dalğalanmaların gəlirli tərəfləri ilə yanaşı, riskli tərəfləei də mövcuddur.

İlk öncə yeni dövrün önəmli iqtisadi atributuna çevrilən rəqəmsal valyutaların üstün cəhətləri ilə tanış olaq.

  • Kripto valyutalar dünyada rəqəmsal məlumat mübadiləsində ən təhlükəsiz sistem hesab olunan Blokçeynə əsaslanır;
  • Əldə olunması və saxlanılması çox rahatdır;
  • Əməliyyatlar mövcud sistem ilə müqayisədə daha asan başa gəlir;
  • Hökümətlərin və mərkəzi bankların dövriyyəyə nəzarəti güclənir, xüsisilə də qara bazarın qarşısının alınmasında effektivlik artır;
  • Mərkəzsizləşdirilmiş sistemlər əsasında yaradılan kripto valyutaların mahiyyəti dövriyyəsində üçüncü şəxsin iştirak etməmsidir. Bu, daxili dövriyyəsi böyük olan şəbəkələrdə vacib amilə çevrilə bilər.

Beləliklə, son dövrlərdə kriptovalyutalara marağın artması, güclü fundamental səbəblərə əsaslanır. Lakin müsbət tərəfləri özü ilə zəif tərəfləri də gətirir:

  • Mərkəzsizləşdirilmiş sistemlər əsasında yaradılan kriptovalyutalar belə, böhran dövrlərində dayanıqlı deyil. Belə ki, məhdud sayı ilə seçilən “Bitcoin” kimi valyutalar çox vaxt qızıl və gümüş kimi əmtəələr ilə eyniləşdirilsə də, investorlar risklərdən siğortalanmayıb. Əmtəənin dəyəri nə qədər insanların obyektiv tələbatlarından uzaqlaşarsa, onun dəyəri də o qədər azalar.
  • Blokçeyn sistemi təhlükəsiz hesab edilsə də, şəxsi hesabların qorunmasında risklər böyükdür. Artıq praktikada şəxsi hesablar və böyük birjalara hücumlar artmaqdadır;
  • “Bitcoin” kimi mərkəzsizləşdirilmiş sistemlər əsasında yaradılan kripto valyutalarda blokçeyn zamanla yavaşlayır və əməliyyat haqları da artır.

Beləliklə, kripto valyutalarla maraqlananlar müsbət və mənfi tərəflərini yaxşı bilməlidir. İmkanlar böyükdür, amma risklər də az deyil və kripto valyutaların gələcəkdə hansı rol oynayacağını heç kim əminliklə deyə bilməz.

Categories: Kriptovalyutalar
InvestAZ:
Related Post