X

Maliyyə alətinizi necə müəyyən edə bilərsiniz?

Maliyyə alətinizi necə müəyyən edə bilərsiniz?

Maliyyə alətini seçmə müddəti bazar iştirakçısının xarakterinə, psixologiya və gözləntilərinə görə fərqlənə bilər. FOREX maliyyə bazarında öz maliyyə alətinizi müəyyən etmək müvafiq suallara cavab verməyiniz lazımdır: 1) Gözləntiləriniz nədir? 2) Uzunmüddətli yoxsa qısamüddətli olaraq gəlir gözləyirsiniz? Nə qədər riskə gedə bilərsiniz? Səbirli və ya sakit insansınız, yoxsa səbrsiz və həyəcanlı? Məhz bu suallara cavab tapdıqdan sonra Sizə uyğun olan maliyyə alətini rahatlıqla seçə bilərsiniz.

Aşağı Riskli: BONDs – İstiqrazlar

Uzunmüddətli yatırım etməyi planlaşdırırsınızsa, istiqrazlara üstünlük verə bilərsiniz. İstiqrazlar vasitəsilə müddət sonunu gözləmədən də qiymət dəyişiklikləri nəticəsində qısa müddətdə gəlir əldə edə bilərsiniz. Bazar iştirakçısı hər hansı bir şirkətin istiqrazını əldə etdiyi zaman şirkət iflasa uğrayarsa, bunun riskini istiqrazı alan şəxsə təsiri olmaz.

Aşağı Riskli NOTEs – Notlar

Mərkəzi Banklar tərəfindən bir ilədək müddətə buraxılan və buraxılmasında əsas məqsəd dövriyyədə olan pul kütləsinin tənzimlənməsi olan adlı sənədsiz dövlət qiymətli kağızlardır. Bu qiymətli kağızları müddətin bitməsindən əvvəl nağd vəsaitə çevirmək mümkündür. Xəzinə notları zamanı vergi üstünlüklərindən də faydalana bilərsiniz.

Orta Riskli ETFs – Birja Fondları

Fond birjasında alınıb-satıla bilən (səhmlər kimi) müxtəlif növ aktivlərə (səhm, istiqraz, əmtəə) malik olan birja fondlarıdır. ETF-lərin çoxu indeksləri (S&P 500, Dou Cons) kimi izləyir və kiçik investorlara imkan verir ki, daha az xərclərlə diversifikasiya edə bilsinlər.

Orta Riskli: FUNDs – İnvestisiya Fondları

Hər hansı bir aktivə və ya şirkətə investisiya etmədən fond payını satın aldıqdan sonra əlinizdə ola portfeli çeşidləndirə bilərsiniz. Ən kiçik kapitalınızla belə peşəkar və etibarlı bir şəkildə idarə etdiyinizin şahidi ola bilərsiniz. Hər hansı bir fondun satın aldığınız zaman, aktivlərinizdə payınız artmış olacaq.

Orta Riskli: STCKs – Səhmlər

Hər kəs tərəfindən əldə oluna və asanlıqla nağd vəsaitə çevirə biləcəyiniz qiymətli kağızdır. Bu qiymətli kağızların ən böyük üstün cəhəti isə onların mübadilə edilə bilinməsidir. Bu evrakların avantajlarının en büyüğü ise takas olmasıdır. Pay sənədləri şirkət kapitalının parçalarından bir dənəsini təmsil edir.

Yüksək Riskli: OPTs – Opsiyonlar

Opsion sahibinə müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə almaq və ya satmaq hüququnu ifadə edən qiymətli kağızdır. Bazar iştirakçıları kiçik yatırım məbləği ilə opsiyonlara yatırım edərək gəlir imkanlarından faydalana bilərlər.

Yüksək Riskli: CFDs – Fərq Müqavilələri

Fərq müqavilələri prosedurlarla məşğul olmadan, əlavə xərclərə vaxt itirmədən və heç bir məhdudlaşdırılması olmadan rahatlıqla yatırım edə biləcəyiniz maliyyə alətidir. İndekslərdən tutmuş neftə və hətta polladiuma kimi ticarət edə biləcəyiniz fərq müqavilələrinin gələcək qiymətlərini təxmin edərək gəlir əldə edə bilərsiniz.

Yüksək Riskli: FX – FOREX

FOREX, kredit çiyni dəstəyi ilə vəsaitləriniz 100 qatı həcmində ticarət edə biləcəyiniz maliyyə bazarıdır. FOREX bazarında yatırım məbləğinizdən asılı olmayaraq rahatlıqla ticarət edə bilərsiniz. Bu bazarın likvid və iki istiqamətli ticarət imkanlarının olması, bazar iştirakçılarına qiymətlərin həm enməsindən, həm də qalxmasından gəlir əldə etməyə imkan yaradır.

Categories: Məqalələr
InvestAZ:
Related Post