X

Mayninq nədir?

mayninq nedir

Mayninq ilə kripto valyuta istifadəçiləri kompüterlərinin gücləri əsasında bacardıqları qədər rəqəmsal valyuta əldə etmək iqtidarındadırlar. Bəs mayninq nədir?

Mayninq ingilis dilində olan “mining” sözünə (tərcüməsi: mədən işi) uyğun istifadə edilir və yeni emissiyadan yüksək imkanların əldə olunması üçün mümkün qədər yüksək rəqəmsal işin görülməsi prosesidir. Bu işlə məşğul olana isə mayner deyilir.

Beləliklə, “mining” sənayənin yeni dövrü hesab edilir və kim bu işlə məşğul olursa, kifayət qədər qazanmaq imkanı da əldə edir. Bunun üçün sadəcə kompüterinizi yandırmalısınız. Bunun üçün isə bəzi texniki məqamları buradan öyrənə bilərsiniz.

Mayninq haqqında

Mayninq zamanı maynerin kompüteri kripto valyuta köçürmələri, məlumatın saxlanılması və bütün iştirakçıları şəbəkədə əlaqələndirmək üçün istifadə edilir. Beləliklə, kompüterlər şəbəkəyə nəzarət, onu idarə edir və bütün hərəkətləri blokçeyndə saxlayır. Bu işi maynerlərdən ibarət kompüter mərkəzi kimi də başa düşmək olar.

Mayninq zamanı bütün baş tutan köçürmələr, müəyyən vaxt ərzində bir siyahı şəklində bloklarda toplanılır. Mayner isə hər dəfə hər hansı bir bloku tapır yoxlayır, təsdiqləyir və blokçeyndə saxlayır.

Bütün bu işlər şəffafdır və hamı izləyə bilir. Lakin köçürməni həyata keçirən anonim qalır. Məlumat təhlükəsizliyini təmin etmək üçün isə yeni yaradılan bloka aid informasiya heş formatında kodlaşdırılır. Bunu hərf və rəqəmlərdən ibarat kod kimi başa düşmək lazımdır.

Bu zaman hər bir heş bənzərsiz olur və blokda hər hansı bir işarə dəyişərsə, onda bütün heş də dəyişir. Hər bir blokun heşi isə özündən əvvəlki heşdən də istifadə edir. Bu ardıcıllıq isə bütün hərəkətlərin doğruluğunu təmin edən sistemdir. Beləliklə, köçürmələrin manipulyasiyasına cəhd edən şəxs imkanı sıfıra bərabər olur. Sonda isə heş mayner tərəfində yoxlanılır və təsdiq edilərək, blokçeynə əlavə edilir.

Mayninq zamanı nə qədər qazanıram?

Bütün yuxarıdakı iş qarşılığında mayner müəyyən haqla mükafatlandırılır. Təkcə bitkoin bazarında bügünün göstəricilərinə əsasən 12.5 bitkoin ilə mükafatlandırılır. Lakin nəzərə aldıqda ki, bitkoin məhdud saydadır, onda bütün mövcud bloklar yaxın zamanda çevriləcəkdir və bitkoinlərin hamısı tam emissiya ediləcəkdir. Bu səbəbdəndir ki, iştirakçılara yeni heşlərin yaradılması çətinləşdirilir. Burada onu da əlavə etmək lazımdır ki, maynerlərin sayı artdıqca görülən işlərin çətinliyi və yükü də artır.

Mayninq üçün nə lazımdır?

Əslində, “mədən işi”-nə qoşulmaq üçün sadə kompüter bəs edir. Lakin prosesin səmərəli təşkili, daha güclü ixtisaslaşmış avadanlıqların (ing.: “Hardware”) tətbiqinə tələbi artırır. Əvvəllər normal kompüter prosessorları istifadə edilirdisə, artıq qrafik prosessorlar istifadə edən tətbiqlər meydana gəlib. “FPGA” (ing.: “Field Programmable Gate Array”) və “ASIC” (ing.: “Application Specific İntegrated Circuit”) sistemlərinə əsaslanan avadanlıqlar sırf bu məqsədlər üçün yaradılıb. Bütün bunlar rəqəmsal gücün sürətlə artmasına səbəb olur. Nümunə üçün qeyd etmək lazımdır ki, “Bitcoin”-də sərf edilən rəqəmsal güc 2013-ci ilin yanvar ayından 2014-ci ilin yanvar ayına kimi 660 dəfə artmışdır. Beləliklə, adi kompüter istifadəçisinin isə rəqəmsal iş yarışında (ing.: “Proof of Work”) cəlb edici kripto valyutalarda yeni emissiyalar və əməliyyat komissiyalarında pay alması mümkünsüz olmuşdur.

Burada digər önəmli məqam isə ondan ibarətdir ki, artan iştirakçı sayı və “Mur qanunu” efektinin qarşılanması üçün seçilə bilən çətinlik dərəcələri də vardır. Bu yolla iştirakçılar ancaq əvvəlcədən müəyyən edilən çətinlik dərəcəsinə uyğun tapşırıqları qəbul etmək imkanına sahib olur. Rəqabətin təmin olunması və manipulyasiyalar üçün əziyyətin artırılması istiqamətində də bu, çox faydalıdır. “Proof of Work” və “Payların saxlanılması” prinsipləri birgə də tətbiq edilə bilər. Məsələn, “Peercoin”-dən böyük və mümkün qədər “qoca” hesablar saxlayanlar, aşağı çətinlik dərəcəsindən də faydalana bilərlər.

Bundan əlavə xüsusi proqramlar hesab edilən “Client” və ya “ Wallet” yükləmək lazımdır ki, kompüterinizi şəbəkəyə qoşa biləsiniz. Bu proqramlar vasitəsilə kripto valyutalar əldə edilir və göndərə bilirsiniz.

Categories: Kriptovalyutalar
InvestAZ:
Related Post