X

Netflix nədir? Səhmlərinə necə yatırım edilir?

netflix

Netflix nədir və necə yarandı?

Netflix, internet üzərindən yayım həyata keçirən bir platformadır. Netflix-də müxtəlif serial, film, sənədli film və verilişlər yayımlanır. Həmçinin şirkət, film və seriallar çəkilişləri ilə də məşğuldur. Netflix-in iş sistemi belədir; Sayta üzv olmaq və müəyyən aylıq ödəniş etməklə seriallara və filmlərə baxmaq imkanı təqdim edir.

İnternetin ən böyük xidmətlərindən biri olan Netflix, 29 Avqust 1997-ci ildə Reed Hastings və Marc Randolph tərəfindən qurulmuşdur. İlk iş modeli DVD satış və kirayəsi olmuşdur. Ancaq qurulduqdan təxminən bir il sonra Reed Hastings tərəfindən poçtla DVD icarəsinə diqqət ayıracaqları elan edildi və satışları dayandırdılar. 1999-cu ildə abunə sisteminə keçdikdən sonra, Avropanın bir hissəsi olan Şimali və Cənubi Amerikaya 100 min fərqli media məzmunu və 1 milyarddan çox DVD ilə xidmət göstərməyə başladı. Qısa bir müddət sonra ABŞ-da abunə sayı 39 milyona, qlobal olaraq 57.4 milyona çatdı. 2007-ci ildə insanların maraqlarına uyğun olaraq, internet üzərindən filmləri izləmək fürsəti təmin etməyə yönəldi. Televiziya vərdişlərimizi kökündən dəyişdirən Netflix, Kanadada 2010-cu ildə xidmət göstərməyə başladı və beləliklə dünyaya açılması üçün ilk addımı atdı. 2016-cı ilin yanvar ayından etibarən 190-dan çox ölkədə xidmət göstərməyə başladılar. 2016-cı ildə 126 orijinal serial və film buraxdılar. 2017-ci ilin iyul ayında Netflix dünya səviyyəsində 103.95 milyon abunəçiyə çatdı. İlk 2,5 milyon dollarlıq investisiya ilə qurulan Netflix, 23 May 2002-ci ildə NFLX kodu ilə Nasdaq Birjasında səhm buraxılışına başladı. İlk günündə 12% dəyər qazanmağı bacardı. Netflix-in, xüsusən beynəlxalq sferada qəbul edilməsi sayəsində şirkətin səhmləri əhəmiyyətli dərəcədə artdı. 2002-ci ildə təklif olunan səhm dəyəri 1,2 dollar idi, indi 530 dollar civarındadır.

Netflix səhmlərinə necə yatırım etməli?

Səhmlərə yatırım bütün dövrlərdə karlı olmuşdur. Ölkəmizdə maliyyə və investisiya istiqamətində fəaliyyətini inkişaf etdirən InvestAZ investisiya şirkəti artıq dünyanın bir çox məşhur şirkət səhmlərini investorlara təqdim etməkdədir. Həmçinin, Netflix səhmlərinə də yatırım imkanı təqdim edən şirkət, bu yöndə investorlara dəstək olmağa hazırdır. Günü gündən dəyəri artan Netflix səhmləri ilə siz də qazana bilərsiniz.

Categories: Səhmlər
InvestAZ:
Related Post